sayfa içeriği

Min Bir Dad

Çiyələkli ağ tort

0
Çiyələkli ağ tort

Çiyələkli ağ tort

Lazım olanlar:

Keks üçün:

  • 3 yumurta,
  • 1 stəkan şəkər,
  • 1\2 stəkan süd,
  • 1\2 stəkan duru yağ,
  • 1,5 stəkan un,
  • 1 paket qabartma tozu,
  • 1 paket vanilin,
  • 1 dənə rəndələnmiş  limon qabığı ,

Krem üçün:

  • 3 stəkan süd,
  • 1 yumurta,
  • 4 şorba qaşığı şəkər,
  • 3 şorba qaşığı nişasta,
  • 1 şorba qaşığı un,
  • Vanilin,
  • 1 paket krem şanti,

Arası üçün:

  • 500 q çiyələk,
  • Ağ şokolad,

Üzərini örtmək üçün:

  • 1 paket çiyələkli krem şanti,

Ağ kremi hazırlama qaydası:

  • Krem şanti xaric bütün ərzaqları qarışdırıb bişirin.
  • Tamamən soyuyandan sonra krem şantini əlavə edib mikserlə 10-15 dəqiqə çırpın.
  • Artıq krem hazırdır.

Hazırlanma qaydası:

  • Yumurta və şəkəri mikserin köməyi ilə krem qatılığında olana qədər çırpın.
  • Duru yağ və südü də yavaş-yavaş qataraq qarışdırın.
  • Limon qabığını əlavə edib qarışdırın.
  • Qabartma tozu və vanilin qarışdırılmış unu  da əlavə edib qaşıqla qarışdırın.
  • Dörtkünc fırın tabağına yağlı kağız sərin.
  • Qarışığı töküb hər yerini  düzənləyin.
  • Əvvəlcədən 175 dərəcə qızdırılmış fırında üzəri azca qızarana qədər bişirin.
  • Bir az soyuduqdan sonra kənarlarını kəsib ortadan iki hissəyə bölün.
  • Sonra hər bir parçanı eninə ikiyə kəsin.
  • Bir parçanı tort tabağına alın.
  • Əvvəlcədən hazırladğınız kremdən bir az götürüb
  • hissənin birinin  üzərinə ağ damla şokoladı sürtün.
  • Ortadan ikiyə kəsilmiş çiyələkləri düzün.
  • Digər parçanı üzərinə qoyun.
  • Eyni prosesi parçalar bitənə qədər davam edin.
  • Üzərini örtmək üçün çiyələkli krem şantini paketin üzərindəki tərifə uyğun hazırlayıb örtün.
  • Üzərinə dilimlənmiş çiyələkləri sıralayıb zövqünüzə uyğun bəzəyin.
  • 1 gün soyuducuda saxlayıb sonra servis edin.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *