sayfa içeriği

Min Bir Dad

Çiyələkli dondurma

Çiyələkli dondurma

Çiyələkli dondurma

Çiyələkli dondurma

Lazım olanlar: 

  • Çiyələk: 800 qram.
  • Şəkər tozu: 200 qram.
  • Yağlı qatıq: 0,5 litr,
  • Qaymaq: istəyə görə.

Çiyələkli dondurma hazırlanma qaydası:

  • Çiyələkli dondurma hazırlamaq üçün əvvəlcə çiyələklər hazırlanır.
  • Çiyələk əvvəlcə təmizlənir, yuyulur, saplağından, yarpaqlarından və üzərində xarab hissələr varsa ayırtlanır, yuyulur.
  • Yuyulub təmizlənmiş çiyələklər bir qaba qoyulur.
  • Bundan sonra çiyələklər blender vasitəsi ilə püre halına gətirilir.
  • Çiyələk püresinə şəkər tozu əlavə edilir və qarışdırılır.
  • Burada çiyələyə əlavə ediləcək olan şəkər tozunun miqdarını zövqünüzə görə dəyişdirmək mümkündür.
  • Yəni turş xoşlayırsınızsa çiyələyi çox götürün, şirin xoşlayırsınızsa şəkər tozunun miqdarını artırın.
  • Soyuducuda gözlətdiyimiz bir qaba 0,5 litr soyuq qatıq əlavə edirik.
  • Bu zaman dondurmamızın dadını qatığın turşluq dərəcəsi də müəyyən edir.
  • Belə ki, qatıq çox turş olduğu təqdirdə şəkər tozunun miqdarını artırmaq lazım gəlir.
  • Qatıq olan qaba çiyələk püresini mətbəx süzgəcindən keçirdərək əlavə edirik.
  • Bunun üçün qaşıqdan istifadə etmək lazımdır.
  • Bu zaman həm çiyələyin əzilməyən hissələri də əzilir, çiyidlər və s. də qatığa qarışmamış olur.
  • İndi isə çiyələk püresi ilə qatığı birlikdə blender vasitəsi ilə yaxşıca qarışdırmaq lazımdır.
  • Bu zaman qarışığın içərisinə həm hava qabarcıqları toplanır, həm də rəngi dəyişir.
  • Dondurma əslində yağlı qatıqla daha ləzzətli olur.
  • Çiyələkli dondurma ləzzətini artırmaq üçün dondurmaya qarışdırma əsnasında qaymaq da əlavə etmək olar.
  • Bundan sonra yaxşıca qarışdırdığımız çiyələkli dondurma qarışığı qəlibə əlavə edilir, qarışdırılır və soyuducuya qoyulur.
  • Ancaq ən yaxşısı ev şəraiti üçün dondurma maşınından istifadə etməkdir.
  • Bu zaman daha yaxşı effekt əldə etmək olar.

Qeyd:

  • dondurma hazırlayarkən istifadə olunan atıq nə qədər yağlı olarsa, çiyələkli dondurma o nisbətdə yumşaq olar və içərisində buz qristalları da az olar.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *