Min Bir Dad

Çiyələkli tort

çiyələkli tort

çiyələkli tort

Çiyələkli tort

  • [Pandispanya üçün]:
  • 4  yumurta,
  • 1 su stəkanı  şəkər tozu,
  • limon qabığı rəndəsi,
  • 1 şorba qaşığı kakao,
  • 2 stəkan un,
  • 1 paket vanilin,
  • 1 paket qabartma tozu,

Ara kremi  üçün:

  • 1,5 su stəkanı soyuq süd,
  • 2,5 su stəkanı krem şanti tozu,
  • 3 şorba qaşığı labne,
  • 3 şorba  qaşığı şəkər pudrası,
  • Damla şokolad,
  • Təzə kiçik-kiçik doğranmış çiyələk,
  • 50 q  benmari üsulu əridilmiş şokolad,

Hazırlanma qaydası:

Pandispanya hazırlamaq üçün:

  1. Yumurta və şəkəri krem qatılığına gələnə qədər yaxşıca çırpın.
  2. kakao və limon rəndəsini əlavə edin.
  3. Sonra sırasıyla  un, vanilin, qabartma tozunu da əlavə edərək çırpın.
  4. 18 sm-lik kələpçəli qabların altına yağlı kağız sərin və xəmiri ora toküb 170 dərəcə fırında bişirin.

Ara kremini hazırlamaq:

Süd, krem şanti, labne  və pudra şəkərini yaxşıca çırpın.

Donması üçün soyuducuya qoyun.

Tortun hazırlanması:

  • Pandispaniyanın ilk qatını servis qabına alın və  meyvə suyu ilə isladın.
  • Kremini yaxın ,doğranmış çiyələk  və damla şokoladı səpin.
  • İkinci qatı da üzərinə qoyub eyni işləmi təkrarlayın.
  • Qalan krem ilə tortun hər tərəfini örtün.
  • Ortasına bütün çiyələkləri yerləşdirin  və üzərinə ərinmiş şokoladları səpin.
  • Dincə qoymaq üçün soyuducuya qoyun.

So, what do you think ?