Min Bir Dad

Cız-bız

 

cız-bız

cız-bız

Cız-bız hazırlamaq üçün lazım olanlar: 

  • Ağ ciyər, qara ciyər, böyrək, ürək və s. hər növ qoyun içalatı,
  • Qoyunun bağırsaq hissəsi,
  • Orta ölçülü kartof,
  • Baş soğan,
  • İstəyə görə pomidor və bibər,
  • Qoyunun quyruq hissəsi (olmasa yağ),
  • Duz,
  • İstiot,

Cız-bızın  hazırlanma qaydası: 

  • Cız-bız hazırlamaq üçün əvvəlcə qoyun ağ ciyəri, qara ciyəri böyrəyi və ürək hissəsi yaxşıca yuyulur, doğranılır.
  • Bundan sonra quyruq yağı da yuyulur və kiçik ölçüdə doğranılır.
  • Qoyunun bağırsaq hissəsi də möhkəmcə yuyulur.
  • Artıq maddələrdən qurtarılır.
  • Bağırsağın iç hissəsinin yaxşı təmizlənməsi üçün bağırsaqların içərisindən bol su keçirilir.
  • Bu da həyata keçirildikdən sonra təmizlikdən tam əmin olmaq üçün bağırsaq uzunlamasına olaraq kəsilib açılır.
  • Bu şəkildə də yuyulur.
  • Beləcə tam təmiz bağırsaq əldə edilmiş olur.
  • Bağırsaqlar da təmiz yuyulduqdan sonra onlar da kiçik – kiçik doğranılır.
  • Qoyun içalat və quyruq hissəsi doğrandıqdan sonra əvvəlcə quyru, daha sonra isə doğranmış içalatlar eyni tavada qızardılır.
  • İçalatın əvvəlcə tavada qızardılmasının səbəbi, doğranmış içalatdan əvvəl quyruğun tavanı yağlamasıdır. Bundan sonra içalat və quyruq qovrulub qısardılır.
  • Soğan və kartof soyulur, kiçik ölçülü doğranılır.
  • Başqa bir tavada kartof və soğan da qızardılır.
  • Kartof və soğan da qızardıldıqdan sonra bunlar içalat və bağırsaq qızartığımız tavaya əlavə edirik.
  • Kartof, soğan, içalat və quyruq piyi qarışdırılıb birlikdə qızardılır.

 

So, what do you think ?