Çörək dolması üçün lazım olan ərzaqlar:

  • 250 q qiymə,
  • 1 soğan,
  • 1 ədəd fırında bişmiş yumru çörək,
  • 1 ovuc qoz, istiot,
  • Cəfəri,
  • Kərə yağı,
  • Tomat,
  • Ət suyu,

Çörək dolmasının hazırlanma qaydası:

  • Fırında bişən çörəyi isti -isti istifadə etmək olmaz.
  • Gözləmək  lazımdır ki , çörək boyatlaşsın.
  • Təzə çörəklə bişirmək istəsəniz çörək xəmir olar.
  •  Çörəyin yumşaq hissəsini tamamən çıxardın  .
  • Balaca bir saxsıya bənzər qab alınacaqdır.
  • Ocağın üzərinə qoyduğunuz tavada yağı qızdıraraq içərisinə doğranmış soğanı  və qiyməni əlavə edərək qovurun.
  • Qovurduğunuz bu qarışığın içərisinə çörəyin içini əlavə edib bir az da qovurmağa davam edin.
  • Əvvəlcədən qozu da iri-iri doğrayın.
  • Doğradığınız qozu, cəfərini, istiotu, duzu  da qiyməyə əlavə edin.
  •  Əldə etdiyiniz bu qarışığı boş olan çörək qabın içərisinə  doldurun.
  •  Geniş bir qabın içinə   ət suyu qoyub hazırladığınız  çörəyi suyun içinə qoyun.
  • Ət suyunun yüksəkliyi  çörəkdən 2-3 barmaq qədər keçməlidir.
  • Ocaqda qaynayan ət suyundan  ara sıra qaşıqla alaraq çörəyin üzərinə gəzdirin.
  • Ancaq çörəyi vam odda bişirmək lazımdır.
  • Bişən çörəyin üzərinə isti tomat sosu  gəzdirin.
  • Bir müddət dəmə qoyduqdan sonra dilimləyərək  servisə hazır hala gətirin.
  • İsti halda servis edin.

Nuş olsun!