Min Bir Dad

Çovdar unlu yumşaq kurabiyə

Çovdar unlu yumşaq kurabiyə

çovdar unlu yumşaq kurabiyə

Çovdar unlu yumşaq kurabiyə

Çovdar unlu yumşaq kurabiyə

  • Çovdar unlu yumşaq kurabiyə 60 dəqiqəyə hazırlanır.
  •  4-6 nəfər üçün nəzərdə tutulmuş bir yemək tərifidir.

Çovdar unlu yumşaq kurabiyə  tərifi axtarırsınız?

Elə ona  görə də  maraqlı və dadlı ola biləcək bir yemək tərifinin vaxtı çatdığını düşünərək  “Çovdar unlu yumşaq kurabiyə” tərifini sizlərin diqqətinə çatdırmağı lazım bildim.

Düşünürəm ki, bu tərif sizlərin daha çox xoşuna gələcək və boyük bir keyiflə hazırlayaraq yaxınlarınızla birlikdə ləzzətlə yeyəcəyinizi arzulayıram!

Çovdar unlu yumşaq kurabiyə üçün lazım olan ərzaqlar:

  • 150 qr  çovdar unu,
  • 100 qr ağ  un,
  •  1 paket qabartma tozu,
  • 1 çay qaşığı duz,
  •  80 qr kərə yağı,
  •  3/4 stəkan süd,
  •  Içinə qarışdırılmış 1/4 stəkan qatıq,
  •  1  şirniyyat qaşığı bal,

Çovdar unlu yumşaq kurabiyənin hazırlanma qaydası:

  • Çovdar unlu yumşaq kurabiyəni hazırlamaq üçün əvvəlcə unu və qabartma tozunu bir dərin qaba ələyin.
  •  Sonra üzərinə duzu da əlavə edin.
  • Çovdar unlu yumşaq kuabiyə üçün lazım olan kərə yağını əritmədən soyuq halda parça-parça doğrayın.
  • İçinə qatdığımız kərə yağlarını barmaq ucları ilə əzməyə çalışın.
  • Kərə yağı əriyib unla qarışaraq çörək qırıntısı şəklində olacaqdır.
  • Bundan sonra  “Çovdar unlu yumşaq kurabiyə” xəmirinin ortasını açıb içinə südlə qatığı  qarışıdıraraq (iki yemək qaşığı qədər süd qarışığını ayırın) xəmirin üzərinə əlavə edin.
  • Sonra balı da əlavə edərək xəmir formasında olana qədər yoğurun. Bu arada isə xəmirin içinə bibəriyə, istiot , kəklik otu  və s. ədviyyatlar da qataraq aroma kimi də istifadə edə  bilərsiniz.
  • Ancaq Çovdar unlu kurabiyənin xəmirini  çox yoğurmaq lazım deyil.
  • Çovdar unlu kurabiyənin xəmiri çox yoğrularsa sərtləşib bərkiyəcək və kövrək olmayacaqdır.
  • Yadda saxlayın:
  • Xəmiri 1 santımetr qalınlığında yayıb  istədiyiniz ölçüdə və formada kəsə bilərsiniz.
  • Kəsdiyiniz xəmirləri fırın sinisinə düzün.
  • Ayırdığınız qatıqlı südü fırçanın köməyi ilə Çovdar unlu kurabiyə “xəmirlərinin  üzərinə yaxın.
  • Fırını əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
  • Hazırladığınız xəmirləri əvvəlcədən qızdırdığınız fırında  12-15 dəqiqə bişirin.
  • Xəmirlərin rəngi dəyişəndə fırından çıxardın.
  • Çovdar unlu yumşaq kurabiyəni həm isti həm də soyuq halda servis edə bilərsiniz.
  • Nuş olsun!

So, what do you think ?