Min Bir Dad

Cücə kababı

cuce kababi

CÜCƏ KABABI HAZIRLAMAQ ÜÇÜN LAZIM OLANLAR:

Hər pay üçün:

  • cücə,
  • 10 q xama,
  • 15 q limon yaxud 25 q narşərab,
  • 30 q baş soğan,
  • 25 q keşniş və cəfəri,
  • istiot
  • duz.

Cücə kababı hazırlanma qaydası:

İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır, xama ilə isladılır və manqalda közərmiş kömür üzərində qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur və yanına qarnir yerində halqavarı doğranmış baş soğan düzülür. Ayrıca da süfrəyə narşərab verilir yaxud xörəyin üstünə limon dilimi qoyulur.

 

So, what do you think ?