Min Bir Dad

Cücə plov

Cücə plov

Cücə plov

Lazım olanlar:

  • cücə əti – 300 q,
  • düyü – 250 q,
  • ərinmiş yağ – 50 q,
  • qaysı qurusu – 25 q,
  • zəfəran – 0,1 q,
  • kişmiş
  • duz

Cücə plov hazırlanma qaydası

  • Cücənin içalatı çıxarılır, təmizlənir, ütülür və yuyulur.
  • Bundan sonra  hər cücə iki hissəyə bölünür.
  • İki hissəyə bölünmüş hər cücə parçası duzlanır və tavada yağ içində qızardılır.
  • Eyni zamanda düyüdən adi qaydada plov hazırlanır.
  • Hazırlanan plovun üstünə zəfəran şirəsi vurulur.
  • Bir tavada yağ qaynadılır “dağ” edilir.
  • Bundan sonra qaynar yağ üzərinə zəfəran şirəsi tökülən plovun üzərinə tökülür.
  • Bundan sonra ayrı bir qabda cücə plovu ilə birlikdə süfrəyə verilmək üçün kişmiş, bundan sonra qaysı qurusu qovrulur.

Cücə plov süfrəyə verilməsi

  • Süfrəyə verilən zaman buluda hazır plov çəkilir, üstünə yağ tökülür.
  • Qovrulmuş meyvə ilə qızardılmış cücə əti ayrıca boşqabda süfrəyə verilir.

So, what do you think ?