fbpx

Min Bir Dad

Çuçvara (özbək mətbəxi)

Çuçvara (özbək mətbəxi)

özbək mantisi

Çuçvara (özbək mətbəxi) tərkibi:

iç:

  • 500 q qoyun əti,
  • 250 q quyruq,
  • 350 q baş soğan,
  • keşniş toxumu,
  • qara istiot,
  • zirə,
  • keşniş, reyhan, nanə (istəyə görə) qurusu,

xəmir:

  • 5 yumurta,
  • 1 st. Su,
  • duz,
  • 700-1000 q un (artıq da ola bilər),

Çuçvaranın (özbək mətbəxi) hazırlanması:

  • Çuçvara (özbək mətbəxi) hazırlayarkən iç üçün olan ərzağı qarışdırın.
  • Bunu artırıb-azalda da bilərsiniz.
  • Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.
  • Duz, yumurta, su və undan xəmir yoğurun.
  • Xəmir bərk olmalıdır.
  • Streç filmə bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə dəyoğurun.
  • Nazik yayın.
  • Tərəfi 2,5 sm olan kvadratlara bölün.
  • İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır.
  •  Ən yaxşısı – köməkli bükməkdir.
  • Bükmək də asandır.
  • Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi).
  • Qıraqlarını bərkidin.
  • Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin.
  • Hazırdır.
  • Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
    Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin).
  • Şirin bibəri doğrayıb əlavə edin.
  • Kərəviz, göyərti qurusu da qatın.
  • Özbəklər “cambul” adlı göyərtidən istifadə edirlər.
  • Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun.
  • Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz.
  •  Qazanı su ilə doldurub ocağın üstə qoyun.
  • Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin.
  • Qaynara düşəndə düşbərəni tökün.
  • Əvvəlcə kasalara sousu çəkin.
  • Sonra düşbərələri qoyun.
  • Çuçvara (özbək mətbəxi) bişdiyi bulyondan əlavə edin.
  • Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərtidən  səpin.

 

So, what do you think ?