Min Bir Dad

Çuğundur turşusu

0

 Çuğundur turşusu

Çuğundur turşusu

Çuğundur turşusu

Hazırlanma müddəti:

30 dəqiqə

Bişirmə :

10 dəqiqə

Çuğundur turşusu üçün lazım olan ərzaqlar:

  • 1,5 kq. qırmızı çuğundur,
  • 2 ədəd orta ölçülü qırmızı soğan,
  • 3/4 stəkan üzüm sirkəsi,
  • 2 qaşıq duz,
  • 4 diş sarımsaq,
  • 1 qaşıq keşniş toxumu,
  • 1 kiçik qaşıq əzilməmiş istiot,

Çuğundur turşusu hazırlanarkən nəyə diqqət etmək lazımdır?

  • Çuğundurların qabığını soyaraq bişirərkən çuğundurun rəngi bu suya çıxır. Turşu hazırlayarkən bu sudan istifadə etmək lazımdır.
  • İlk  başda hazırladığınız su şüşə qabı tam doldurmadığı təqdirdə çuğundur bişirilən suyu əlavə edə bilərsiniz.

Çuğundur turşusu hazırlanma qaydası:

  • Yaxşıca yuduğunuz çuğundurların qabıqlarını incə – incə soyun. Soyulan çuğundurları incə halqa şəklində doğrayın.
  • Qırmızı soğanı aypara formasında doğrayın. Sarımsaqları bütöv olaraq təmizləyin.
  • Doğranmış qırmızı çuğundurları dərin bir qazana qoyun. Üzərinə çıxacaq qədər su əlavə edin. Əvvəlcə yuxarı temperaturda, sonra ise vam odda 5-10 dəqiqə bişirin.
  • Yüngülvari yumşalan çuğundur dilimlərini kəfgir vasitəsi ilə sudan çıxardın.
  • Çuğundur bişən suyun yarısına duz və üzüm sirkəsi əlavə edib qarışdırın.
  • Şüşə qabı pastorizə edib qurulayın.
  • Çuğundurları bu şüşə qaba qoyun.
  • Diş sarımsaqları və doğranmış qırmızı soğan halqalarını çuğundur dilimlərinin ararısan səpin.
  • Keşniş toxumlarını və əzilməmiş istiotları əlavə edin.
  • Hazırladığınız turşu suyunu şüşə qaba əlavə edin, qapağını möhkəm bağlayın. Şüşəni 2-3 saat başıaşağı formada gözlədin.
  • Çuğundur turşusunun hazır olması üçün ən az 1 həftə günəş görməyən bir yerdə gözlədin.
  • Turşunun qapağı açıldıqdan sonra soyuducuda gözlətmək olar.

Nuş  olsun!

Xiyar turşusu

http://1001dad.com/t%c9%99z%c9%99-lobya-konservasi-2/

So, what do you think ?