Min Bir Dad

Çuğundur turşusu

Çuğundur  turşusu

çuğundur turşusu

çuğundur turşusu

 

 

45 dəqiqə.

6-8 nəfərlik.

135 kalori

“Qış süfrələrində baş köşədə yer alan turşulardan ən sevilən  “Çuğundur  turşusunu”  evdə hazırlamaq  çox rahatdır.

Çuğundur  turşusu  tərifi aramışdınız?

Ən çox oxunan yemək saytı olan 1001 dad  mətbəxlərinizdə hazırlaya biləcəyiniz  ən ləzzətli “Çuğundur  turşusu” tərifini sizlərə təqdim edir !

Turşu tərifləri  arasında ən çox oxunan yemək təriflərindən  biri olan “Çuğundur  turşusu” tərifini böyük bir keyiflə hazırlamanızı və sevdikləriniz ilə birlikdə nuş  etməyiniz  diləyi ilə!

Çuğundur turşusu üçün lazım olan ərzaqlar:

  • 3 kq çuğundur,
  • 10 diş sarımsaq,
  • 1 su stəkanı  sirkə,
  • 1 şirniyyat  qaşığı toz şəkər,
  • 1 yemək qaşığı duz,

Çuğundur turşusunun hazırlanma qaydası:

  • Çuğundurun yaşıl yarpaqlarını kəsin.
  •  Çuğundur köklərinin torpaqlarını təmizlədikdən sonra bol suyla təmiz-təmiz yuyun.
  • Turşuyu hazırlayacağınız bankanın alacağı qədər   suyun içinde  çuğunduru  bişirin.
  • Bişirdiyiniz çuğundurları sudan çıxardaraq isti -isti qabıqlarını soyun.
  • Çuğundurların  böyüklüyünə   görə bölün.
  • Doğradığınız çuğundurları bankalara yığın.
  • Qabıqlarını soyduğunuz sarımsaqları duz ilə yaxşıca  döyün.
  • Çuğundur  bişirdiyiniz  suyun içinə 1 su stəkanı  sirkəylə birlikdə atın və duzun əriməsini gözləyin.
  • Duz əridikdən  sonra 1 şirniyyat  qaşığı  şəkər  əlavə edib  bankanın  ağzını möhkəm bağlayın.
  • Otaq temperaturunda  2 gün saxladıqdan sonra sərin yerə qoymaq lazımdır.

 

So, what do you think ?