Min Bir Dad

Çuğundurlu ketçap

Çuğundurlu ketçap

Çuğundurlu ketçap

Çuğundurlu ketçap

 

2 banka,

10 dəqiqəyə hazırlanır,

60 dəqiqəyə bişir

Çuğundurlu ketçab  üçün lazım olan ərzaqlar:

  • 1 kq çuğundur,
  • 2 yemək qaşığı  zeytun  yağı,
  • 2 ədəd qırmızı soğan,
  • 1 ədəd kərəviz sapı,
  • 1 ədəd  kiçik   kök,
  • 2 diş sarımsaq,
  • 1 yemək   qaşığı  toz kişniş,
  • 1 şirniyyat  qaşığı  darçın,
  • 2  ədəd mixək,
  • 1   dolu şirniyyat qaşığı cirə,
  • 1 yemək   qaşığı   bibər,
  • 150 mililitrə alma sirkəsi,
  • 1 şirniyyat qaşığı  istiot,
  • 1 yemək qaşığı  duz,
  • 1 yemək qaşığı  pomidor tomatı,
  • 80 q   şəkər  tozu,
  • 1 yemək q aşığı  bal

Çuğundurlu ketçabın hazırlanma qaydası:

  • Fırını əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
  • Çuğundurları təmiz yuyub suyunu qurudun.
  • İçərisi yağlı kağızlı olan alminium falqaya çuğundurları  qabıqlarını soymadan  bükün.
  • Üzərinə bir  az zeytun  yağı gəzdirin.
  • Sarıdığınız çuğundurları istiyə davaml qabın içərisində  1 saata yaxın bişirin.
  •  Bişib bişməməsini bir bıçaq yardımı ilə yoxlayın .
  • Bıçaq rahatlıqla çuğundurun içinə gedirsə deməli bişmişdir.
  • Soyuyunca qabıqlarını soyub küp şəklində doğrayın.
  • Çuğundurlar  fırında bişincə dahada  ləzzətli olur.
  • Amma yox  mən   fırında bişəni sevmirəm deyərsinizsə , o zaman bütün ərzaqları dərin bir tavada   vam odda bişirib   blenderdən keçirdə bilərsiniz.
  • Dərin bir tavaya zeytun yağı əlavə edin.
  • Təmizləyib kubik şəklində doğradığınız soğan,  sarımsaq, kök, acı bibər, ədviyyatlar, duz, istiotu da əlavə edərək 5 dəqiqəyə yaxın qovurun.
  • İçərisinə tomatı və bişirib doğradığınız çuğunduru əlavə edib vam odda 20 dəqiqə bişirin.
  • Hazırladığınız qarışımı blenderdən keçirib yenidən tavaya alın.
  • Bal və şəkəri də əlavə edib yenə də vam odda qatılaşana qədər bişirin.
  • Fırında 120 dərəcədə   10-15 dəqiqə  sterilizə etdiyiniz bankalara  (qapaqlar da daxil) qarışımı töküb qapağını qapadın və qızdırın.
  • Soyuduqdan sonra qapağı açılmadan bankalar soyuducuda 2 həftə qala bilərlər.

Nuş olsun!

So, what do you think ?