Min Bir Dad

Çuğundurlu, bibərli ymurta

pazılı qırmizi bibər yumurta

Çuğundurlu,  bibərli ymurta

Çuğundurlıu  bibərli yumurta üçün lazım olan ərzaqlar:

  • 1 orta boy soğan,
  • Yarım dəstə çuğundur,
  •  1 kiçik qırmızı bibər (Arzuya görə acı bibər də olar),
  • 1 çay qaşığı kərə yağı,
  • 3 yemək qaşığı zeytun yağı,
  • Adam sayına görə yumurta,
  • Duz,
  • İstiot.

Çuğundurlu  bibərli yumurtanın hazırlanma qaydası:

  • Çuğunduru təmizləyib yuyun.
  • Aşsüzəndən  suyunu süzün.
  • Bibərləri də təmizləyib yuyun və suyunu süzün.
  • Çuğunduru  və bibərləri  incə-incə doğrayın.
  • Soğanları soyub küp-küp doğrayın.
  • Tavaya kərə yağını və zeytun yağını qoyub əridin.
  • Küp-küp doğradığınız soğanları və qırmızı bibəri yağın içinə əlavə edin.
  • Soğanlar saralana qədər qovurun.
  • Çuğundurun saplarını da çox incə doğrayın və  qovurduğunuz soğana əlavə edib qovurun.
  • İncə  doğranmış çuğunduru da soğanın üzərinə əlavə edin.
  • Çuğundur yumşalan kimi duz və istiotunu əlavə edib qarışdırın. Yumurta qıracağınız yerləri azca çuxurlaşdırın və həmən çuxurlara yumurtaları qırın.
  • Yumurtalar bişincə ocağı  söndürün.
  • .

So, what do you think ?