Min Bir Dad

Dadı damaqlarda qalan “Şabalıdlı göbələk” qovurması

Dadı damaqlarda qalan “Şabalıdlı göbələk” qovurması

Qış aylarının ən çox sevilən  yiyəcəyi   olan şabalıdı siz də yeməyin içərisində sevərək yeyənlərdən birisinizmi?  Eylədirsə sizə  “1001 dad ” saytının  müthiş bir resepti var!

Şabalıdın özünəməxsus bir dadı  elə bir  ləzzət verir ki, əvvəlcədən  nədən bu yeməyi  hazırlamamışıq deməyə məcbur olursan. 

Təbii  ki,  sadəcə şabalıd   deyil,göbələyin də bu reseptə təsiri böyükdür.

Soğan, təzə kəklikotu  və soya sosunun da yoldaşlıq etdiyi  qovurmanı  çox sevəcəksiniz.

Əğər hansi yeməyin yanına bu yemək daha yaxşı olar deyə düşünürsünüzsə, ət yeməkləri ilə birlikdə tərcih edə  bilərsiniz. 

4 nəfərlik,

10 dəqiqəyə hazırlanır,

15 dəqiqəyə bişir.

Dadı damaqlarda qalan “Şabalıdlı göbələk” qovurması üçün lazım olan ərzaqlar:

  • 3 yemək qaığı duru yağ,

  • 2 yemək qaşığı  kərə yağı,

    1 ədəd quru soğan,
  • 400 q  göbələk,

  • 3 diş  sarımsaq,

  • 6   yarpaq təzə kəklikotu,

  • 1 çay qaşığı  duz,

  • 1 çay qaşığı  istiot,

  • 15 ədəd şabalıd(bişib soyulmuş),

  • 3 yemək qaşığı soya sosu

 

Dadı damaqlarda qalan “Şabalıdlı göbələk” qovurmasının hazırlanma qaydası:

 

  • Bir tavada duru  yağı  və   kərə yağını qızdırın. Ardından  doğranmış  soğanları da  əlavə edib qovurun.
  • Qovrulan soğanların üzərinə göbələkləri də əlavə edib  suyunu salıb  çəkənə  qədər  qovurmaya davam edin.
  • Ardından dilimlənmiş sarımsaqları, 5-6 yarpaq təzə kəklikotunu, duzu, istiotları da  əlavə edib qarışdırın.
  • Son olaraq şabalıd və  ve soya sosunu əlavə edib  3-4 dəqiqə  ocaqda qarışdırın . Sonra  ocaqdan alıb  isti olaraq sevdiklərinizlə paylaşın.

Nuş  olsun!

So, what do you think ?