Min Bir Dad

Dietik makaron

Dietik makaron

Dietik makaron

Dietik makaron

 İndi də sırada dietik makaron reseptimiz  var.

Hazırlanması çox sadə olan asan dietik makaron resepti ilə həm ləzzətdən, həm də dietdən vaz keçməyin.

Nece?

Buyurun oxuyun!

Dietik makaron hazırlamaq üçün lazım olan ərzaqlar:

  • 1 paket makaron,
  • 50 qram az yağlı pendir,
  • 1 ədəd pomidor,
  • Yarım stəkan cəfəri,
  • Yarım stəkan nanə,
  • 2 yemək qaşığı zeytun yağı,
  • Yetəri qədər duz,
  • 1 çimdik əzilmiş istiot,
  • Zövqə görə pul bibər,

Dietik makaronun  hazırlanma qaydası:

  1. Makaron bişiriləcək suya 1 yemək qaşığı zeytun yağı əlavə edin.
  2. Zeytun yağlı su qaynamağa başladıqdan sonra buraya bir paket makaron əlavə edin.
  3. Makaron bu suda təqribən 10 dəqiqə qaynasın.
  4. Bundan sonra makaronu süzün.
  5. Pendirdən başqa bütün əzraqları (pomidor, cəfəri, nanə) kiçik – kiçik doğrayın.
  6. Sos tavasına 1 qaşıq zeytun yağı əlavə edin və qabığı soyulub doğranmış pomidorları bu yağda bişirin.
  7. Pomidoru ocağın üzərindən götürməmişdən əvvəl doğranmış cəfəri və nanəni əlavə edin. Sonra ədviyyatları da (duz, istiot, pul bibər) əlavə edin və qarışdırın.
  8. Süzdüyünüz makaronu yemək qabına çəkin.
  9. Makaronun üzərinə pomidor sosu qoyun.
  10. Sonra isə ən üsttən az yağlı pendiri əzin və makarona əlavə edin.
  11. Dietik makaron artıq süfrəyə verilməyə hazırdır.

Nuş olsun!

 

 

So, what do you think ?