fbpx

Min Bir Dad

Dietik omlet

0

dietik-omlet

 

Dietik omlet resepti 1001 dad saytında. Aşağı kalorili səhər yeməyi axtarırsınızsa, düzgün ünvandasınız. Dietik omlet resepti ilə asanlıqla kilolarınızı kontrol edə bilərsiniz.

Sevdiyiniz dadlı yeməklərdən vaz keçmədən ləzzətli səhər yeməyi süfrəsi  hazırlaya bilərsiniz.

Nece hazırlayacağıq deyirsiniz?

Buyurun resepti oxuyun .

Dietik omlet hazırlamaq üçün lazım olan ərzaqlar:

Müddət: 10 dəqiqə.

Bişirmə: 5 dəqiqə,

Hazırlanma: 5 dəqiqə.

Miqdar: 2 nəfərlik.

  • 1 ədəd yumurta,
  • 4 ədəd yumurtanın ağı,
  • az miqdarda duz,
  • Bir çimdik çəkilmiş istiot,
  • 2 yemək qaşığı göbələk,
  • 1 ədəd ispanaq,
  • 5 dilim yağsız basdırma,
  • 1 dilim yağsız holland pendiri,

Dietik omletin  hazırlanma qaydası.

  • Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, ispanaq və göbələkdən başqa bütün ərzaqları (yumurta, yumurtaların ağı, duz, istiot) yaxşıca çırpıb qarışdırın.
  • Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin.
  • Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün.
  • 5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz.
  • Diabetik omlet hazırdır.

Nuş olsun!

So, what do you think ?