Min Bir Dad

Dilbər dodağı şirniyyatı

0
Dilbər dodağı şirniyyatı

Dilbər dodağı şirniyyatı

Lazım olan ərzaqlar:

  • 2 ədəd iri yumurta,
  • 1,5 qəhvə fincanı duru yağ,
  • 1,5 qəhvə fincanı süd,
  • 1 şorba qaşığı sirkə,
  • Yarım çay qaşığı duz,
  • 250 q kərə yağı və ya marqarin,
  • Yetərin qədər un,
  • 1 paket qabartma tozu,
  • 250 q nişasta(xəmiri açmaq üçün),

Şərbəti üçün:

  • 4 su stəkanı şəkər tozu,
  • 4 su stəkanı su,
  • 2\1 ədəd limon suyu,

Iç üçün ərzaqlar:

  • 1 su stəkanı qoz və ya fındıq içi,

Hazırlanması:

  • Şirniyyatın hazırlanmasına şərbətdən başlayın.
  • Bir qazana şəkəri və suyu alaraq qaynadın.
  • Şərbəti qaynatdıqdan sonra vam odda 10-15 dəqiqə daha 1 saat qaynadaraq üzərinə limon suyu da əlavə edərək ocaqdan alın.
  • Yoğurma qabına 2 yumurta,1,5 fincan duru yağ,
  • 1,5 fincan süd, 1 şorba qaşığı sirkə, və duzu da əlavə edərək möhkəm qarışdırın.
  • Üzərinə qabartma tozu əlavə edin.
  • Qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun.
  • Üzərini nəm bezlə örtərək 20-25 dəqiqə dincə qoyun.
  • Ardından dincələn xəmiri 20 ədəd kündələrə ayırın.
  • Hazırlanan kündələri nişastanın yardımı ilə açın.
  • Açılan yuxaların arasına nişasta səpərək 10 dənəsini üst -üstə qoyun və təkrar böyük açın.
  • Böyük açılan yuxalardan su stəkanının ağzı böyüklüyündə  yuvarlaq halqalar kəsin.
  • Kəsilən yuvarlaq halqaların içərisinə fındıq və ya qoz qoyaraq poaça şəklində bükün.
  • Qalan kündələri də eyni qaydada hazırlayın.
  • Sonra yağlanmış fırın tabağına düzün.
  • Bir qazanda kərə yağını əridərək şirniyyatın üzərində gəzdirin.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
  • Bir az soyuduqdan sonra üzərinə ilıq çərbət tökərək 1 saat gözləyin və servis edin

So, what do you think ?