Min Bir Dad

Dolma bibər turşusu

0

dolma-biberLazım olanlar:

  • 2 kq dolmalıq bibər,
  • 1 orta ağ kələm,
  • 5-6 ədəd uzunsov bibər,
  • 3 pomidor,
  • 2 dənə qırmızı bibər,
  • 3 dənə kök,
  • 30 diş sarımsaq,
  • Yarım dəstə cəfəri,
  • 60 q duz,
  • 1 litrə su,
  • 3 stəkan sirkə,

Hazırlanması:

  • Bütün ərzaqları böyük bir qaba yığın.
  • Bol su ilə yuyun.
  • Ardından suyun içərisinə 2 stəkan sirkə əlavə edib 1 saat saxlayın.
  • Dolmalıq bibərlərin içi tamamən təmizlənməli və təkrar yuyulmalıdır ki, tumu qalmasın.
  • Kökü rəndənin qalın tərəfi ilə rəndələyin.
  • Cəfəri,  sarımsaq və kələmin yarısı incə bir şəkildə doğranmalı.
  • Pomidor, uzunsov bibər və qırmızı bibərləri  fındıq böyüklüyündə doğrayın.
  • Bibərlər xaric bütün ərzaqları qatın.
  • Dolmalıq bibərlərin içərisinə hazırladığınız qarışığı doldurun.
  • Yanlarına isə doğranmayan sarımsaqları əlavə edin.
  • 1 litrə suyun içərisinə 50 q su və 1 stəkan sirkə qatıb dolma bibərlərin üzərinə gəzdirin.
  • Sonra bankalara yığıb ağzını möhkəm bağlayın.
  • Turşunun tam hazır olması üçün 1 ay vaxt lazımdır.

So, what do you think ?