Min Bir Dad

Dovğa

Dovğa

Dovğa

Dovğa bişirmək

 

Lazım olanlar:

Dovğanın hər payı üçün:

  • Qatıq: 200 qram,
  • Yağ (ərinmiş) 10 qram,
  • Xama: 40 qram,
  • Ağ buğda unu 10 qram,
  • Baş soğan: 15 qram,
  • Düyü: 20 qram,
  • Quzuqulağı,
  • İspanaq,
  • Keşniş,,
  • Şüyüd,
  • Digər göyərtilər də  (zövqə görə) istifadə etmək olar.
  • Noxud: 25 qram,
  • Duz: zövqə görə

Dovğa hazırlanma qaydası:

  • Dovğa bişirmək üçün əvvəlcə  noxud təmizlənir və suda islanması üçün gözlədilir.
  • Noxudun islanması üçün təqribən ən azı 3-5 saat suda gözlədilməlidir.
  • Suda gözlədildikdən sonra noxudlar bişənə qədər qaynadılır.
  • Dovğaya vurulacaq olan baş soğanlar təmizlənir və kiçik – kiçik doğranır.
  • Ayrı bir qabda qatıq, xama və un yaxşıca qarışdırılır.
  • Qarışığın üzərinə duyu və yumurta əlavə edilir və onlar da qarışdırılır.
  • Qatıqlı qarışıq vam odda ara vermədən qarışdırılaraq qaynayana qədər  yavaş – yavaş bişirirlər.
  • Qarışdırılması mütləq vacibdir. Çünki belə edilmədiyi təqdirdə dovğa çürüyər.
  • İspanaq, quzuqulağı, keşniş şüyüd kiçik – kiçik doğranır.
  • Xörəyin bişməsinə az qalmış (təqribən 10 dəqiqə) doğradığımız quzuqulağı, keşniş, şüyüd, ispanaq dovğaya qatılır.
  • Bundan sonra duz da əlavə edilir və bişənə qədər qaynadılır.
  • Xörək bişdikdən sonra dadı biraz turşməzə olmalıdır.
  • Bununla yanaşı, xörəkdə keşniş və şüyüdün də xoş, iştahaçan iyi hiss edilməlidir.

Qeyd:

  • Dovğaya bişənə yaxın ət də qatmaq mümkündür.
  • Bunun üçün əvvəlcə ət bişirilir, kiçik ölçüdə doğranılır.
  • Xörək bişənə yaxın dovğaya qatılır.

Nuş olsun!

 

Bənzər reseptlər:

So, what do you think ?