sayfa içeriği

Min Bir Dad

Dünyanın ən sağlıqlı turşusu

dünyanın ən sağlıqlı turşusu

dünyanın ən sağlıqlı turşusu

Dünyanın ən sağlıqlı turşusu

Qırmızı çuğundur turşusunu bol-bol hazırlayıb  soyuducuda saxlayın və  il boyu istifadə edin.   

Xüsusən də qan azlığı olanlar   bu tərif sizin üçün .

Qırmızı çuğundur  süfrələrimizdə daha çox istifadə olunan qidalar arasında yer almaqdadır. 

Bu gözəl və xüsusi turşunu nuş etməyinizi  və sağlam olmağınızı arzyulayiram.

Qırmızı çuğundur turşusuüçün lazım olan ərzaqlar:

  1. 5 ədəd qırmızı çuğundur(1 kq),
  2. 1,5 stəkan alma sirkəsi,
  3. 1 çay qaşığı duz,
  4. 10  diş sarımsaq,
  5. 1-3 ədəd dəfnə yarpağı,
  6. 6-8 ədəd müxək,
  7. 4-5 ədəd fəsləyən yarpağı,
  8. 3-4 ədəd iri istiot,

Qırmızı çuğundur turşusunun hazırlanma qaydası:

  1. Çuğundurları yuyub soyun  və çox da kiçik -kiçik olmaynan  hissələrə bölün.
  1. Doğradığınız çuğundurları qazana yığıb üzərini 1 barmaq keçəcək qədər su əlavə edin.
  2. Çox əzilməməsi üçün vam odda bişirin.
  3. 15 dəqiqəyə yaxın bişirin.
  4. Çox qaynadılarsa tərkibində olan antioksidantlar  azala bilər.
  5. Bişdikdən sonra üzərinə dəfnə yarpağı,mixək,sarımsaq, fəsləyən, sarımsaq və sirkəni əlavə edin.
  6. Soyuyunca istifadə edə bilərsiniz.
  7. Suyu çox olubsa onu atmayın.
  8. Bu  turşunun rəngini istədiyiniz kimi dəyişdirə bilərsiniz.
  9. Necə dəyişdirərsiniz?
  10. Bunun üçün su qaynayan təki  içərisinə limon suyu əlavə edin.
  11. Bu zaman suyun rəngi açılacaqdır.
  12. Əgər suyun içərisinə qabartma tozu əlavə edərisinizsə  suyun rəngi tündləşəcəkdir.
  13. Artıq seçim sizə qalır.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *