Min Bir Dad

Düşbərə

1001 dad

Lazim olanlar:

  • 108 q qoyun əti,
  • 40 q buğda unu,
  • 10 q yumurta,
  • 18 q baş soğan,
  • 350 q bulyon,
  • 10 q sirkə,
  • 15 q keşniş qurusu,
  • 1 q nanə qurusu,
  • 0,1 q  istiot

Düşbərə hazırlanması:

  • Bulyon hazırlanır, yumşaq qoyun ətindən baş soğan, keşniş və ədviyyat qatılıb qiymə hazırlanır.
  • Un, su, yumurta qatılaraq bərk xəmir yoğrulub 1 mm qalınlıqda yayılır.
  • Sonra yayılmış xəmir 3×3 sm ölçüdə kvadrat şəklində kəsilir.
  • Hər kvadratın ortasına 4-5 q qiymə qoyulub bükülür.
  • Düşbərənin bişmək vaxtı 5 dəqiqədir. Bişmiş düşbərə adətən üzə çıxır.

Düşbərə süfrəyə verilmə qaydası

  • Hər pay üçün boşqaba 16-20 ədəd düşbərə qoyulur.
  • Süfrəyə verilən zaman düşbərənin yanına ayrıca sirkə, sarımsaqlı sirkə qoyulur.
  • Üstünə nanə qurusu səpilir.

 

So, what do you think ?