Min Bir Dad

Duxovkada balqabaq şirniyyatı

0

 

Duxovkada balqabaq şirniyyatı

Duxovkada balqabaq şirniyyatı

Duxovkada balqabaq şirniyyatı

Lazım olanlar:

  • 1 kq təmizlənmiş balqabaq,
  • 2,5 stəkan şəkər tozu,
  • Döyülmüş qoz ləpəsi,

Duxovkada balqabaq şirniyyatı hazırlanma qaydası:

Duxovkada balqabaq şirniyyatı hazırlamaq üçün balqabaqları 3-4 sm qalınlığında dilimləyin.

Balqabaq dilimlərini duxovka qabına boşluq qalmayacaq şəkildə düzün.

Balqabaq dilimlərinin üzərinə şəkər tozunun hamısını bərabər şəkildə yayın.

180 dərəcə isidilmiş duxovkada 25 dəqiqə balqabaq dilimlərini bişirin.

Sonra balqabaq dilimlərinin digər üzünü çevirin və 20 dəqiqə yenə bişirin.

Bundan sonra balqabaq dilimlərini duxovkadan çıxardın.

Soyuyub ilındıqdan sonra süfrəyə vermək olar.

Süfrəyə verilərkən üzərinə döyülmüş qoz ləpəsi səpin.

So, what do you think ?