Min Bir Dad

Düyülü toyuq dolması

Düyülü toyuq dolması

Düyülü toyuq dolması

Düyülü toyuq dolması

Düyülü toyuq dolması  üçün lazım olan ərzaqlar:

  • 1 su  stəkanı plovluq düyü,
  • 4 parça toyuq döşü,
  • 2 stəkan su,
  • Yarım soğan,
  • 40 q fıstıq,
  • 2 yemək qaşığı incə doğranmış təzə şüyüd,
  • Yarım çay qaşığı sarıkök,
  • Yarım çay qaşığı təzə rəndələnmiş muskat(hindistan qozu),
  • Təzə  çəkilmiş istiot,
  • Duz,
  • 1 yemək qaşığı zeytun yağı,
  • Yarım şirniyyat qaşığı   kərə yağı,

 Düyülü toyuq dolması  necə hazırlanır?

  • Toyuq  ətlərini bıçaqla açdıqdan sonra ət döyəcəyi  ilə  incəldin.
  • Duz, istiot  səpin.
  • Düyüləri  bol suyla yyuyb  süzün.
  • 1 yemək qaşığı yeməklik zeytun yağı ilə yarım yemək qaşığı  kərə yağını əridin.
  • Yeməklik doğranmış soğan ilə fıstıqları  2-3 dəqiqə qovurun.
  • Düyünü  əlavə edərək qarışdırmağa davam edin.
  • Şüyüd  xariç bütün  ədviyyatları   duz və   suyu əlavə edin.
  • Qapağı qapalı olaraq plov  suyunu çəkincəyə  qədər bişirin.
  • Plov tamamən suyunu çəkincə atəşi qapatıb  şüyüdü əlavə edib  soyumağa buraxın.
  • Əzilmiş  toyuq  ətlərinin içlərinə plov doldurub alüminiyum folyo ilə yaxşıca  qapadın .
  • Fırın qabına düzüb  yarısına gələcək qədər  isti  su əlavə edin və 200 dərəcə  fırında 30 dəqiqə  bişirin.
  • Fırından çıxartdığınız toyuqları  folyodan çıxardın və az  kərə yağı əlavə etdiyiniz  yapışmaz tavada bir  neçə dəqiqə   qızardın.
  • Dilimləyərək isti halda  servis edin.

So, what do you think ?