sayfa içeriği

Min Bir Dad

Düyülü və ispanaqlı toyuq dolması

 

Düyülü və ispanaqlı toyuq dolması

Düyülü və ispanaqlı toyuq dolması

Düyülü və ispanaqlı toyuq dolması

Düyülü və ispanaqlı toyuq dolması  üçün lazım olan ərzaqlar:

4 ədəd toyuq döşü,
3 stəkan doğranmış ispanaq,
2 şorba qaşığı düyü,
1 ədəd  qırmızı bibər,
1 ədəd pomidor,
1 ədəd quru soğan,
4 şorba qaşığı zeytun yağı,
duz,

istiot,
2 şorba qaşığı kərə  yağı,

İçin  hazırlanması:

Zeytun yağında quru soğanı və  doğranmış bibərləri qovurun.

Küp-küp  doğranmış pomidoeları əlavə edərək  birlikdə qovurun.

Ispanaq, ədviyyatlar  və düyünü əlavə edərək düyü bişənə qədər bişirin.

Düyülü və ispanaqlı toyuq dolmasının hazırlanma qaydası:

Toyuq  döşünü çox incə döyün və nazildin.

Üzərinə duz və istiot səpib   kərə yağı da sürtün.

Hazırladığınız içi t toyuqların içinə qoyaraq dolma kimi bükün.

Arzu edərsiniz açılmaması üçün kürdanla tutun.

İspanağın suyunu da toyuqların üzərinə gəzdirin.

Yağlanmış fırın sinisinə yerləşdirərək  175 dərəcəyə qədər qızdırılmış fırında içi və çölü qızarana qədər bişirin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *