fbpx

Min Bir Dad

Duzlu, içli kurabiyyə

Duzlu, içli kurabiyyə

duzlu, içli kurabiyə

duzlu, içli kurabiyə

 Duzlu,içli kurabiyyə

65 dəqiqəyə hazırlanır.

4-5 nəfərlik

“Alışıq olmadığınız  fərqli bir ləzzət! ”

Duzlu, içli kurabiyyə tərifi axtarırsınız?

Axtardığınız ən ləzzətli yemək tərifini sizlərə təqdim edirik.

Kurabiyə – Biskivit tərifləri arasında ən çox oxunan yemək təriflərindən biri olan “Duzlu, içli kurabiyyəni böyük bir keyiflə hazırlamanızı və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzu edirəm! 

Duzlu, içli kurabiyyə üçün lazım olan ərzaqlar:

  1. 3 su stəkanı un (500 qram),
  2. 1 ədəd  yumurta,
  3. 200 qram kərə yağı,
  4. 2 şorba qaşığı maye  yağ,
  5. 1 paket qabartma tozu,
  6. 2 şorba qaşığı qatıq(125 qram),
  7. 1 şirniyyat qaşığı toz şəkər (10 qram),
  8. 1 şirniyyat qaşığı duz (12 qram),
  9. 1 şirniyyat qaşığı qarışıq  ədviyyat ,

Duzlu, içli kurabiyyənin hazırlanma qaydası:

Yumuşalmış kərə yağını, maye yağı, qatığı, yumurtanı dərin bir qabda qarışdırın.

Unu dəzgahın üzərinə töküb ortasını açın.

Hazırladığınız    ərzaqları unun ortasında açılan oyuğa tökün.

Qabartma tozunu una qarışdırın.

Dəzgahın üzərindəki unun ortasındakı oyuğa toz şəkəri ,ədviyyatları  əlavə edərək yavaş-yavaş un əlavə edərək yoğurun.

Hazırladığınız   iç üçün olan ərzağı pendirli hazırlayarsınızsa  ona yumurtanın ağını da əlavə edin.

Hazırladıqdan sonra xəmiri dincə qoyun.

Dincə qoyduğunuz xəmiri kiçik    kündələrə ayırın.

Həmin kündələri əlinizlə açın  yəni yayın.

Hazırladığınız içi uzununa açdığınız kiçik yaymaların içinə qoyub bükün.

Fırın sinisini yağlayın və bükdüyünüz kurabiyyələri siniyə yığın.

Əvvəlcədən qızdırdığınız fırında üzərləri qızarana qəbər bişiri.

 

So, what do you think ?