Min Bir Dad

Duzlu keks

peynirli-kek_1tuz

Ərzaqlar:

  • 3 yumurta,
  • 2 çay stəkanı süd,
  • 2 çay stəkanı duru yağ,
  • 1 ədət orta boy qabaq (rəndələnmiş),
  • Yarım qırmızı bibər,
  • 10 ədət qara zeytin (doğranacaq),
  • 1 su stəkanı küp küp doğranmış bərk pendir,
  • 1,5 su stəkanı qarğıdalı unu,
  • 1 su stəkanı un,
  • yarım dəstə şüyüd,
  • yarım dəstə cəfəri,
  • 1 paket qabartma tozu,
  • duz ,
  • çörəkotu

Hazırlanması: 

  • Yumurta köpüklənənə qədər çırpın.
  • Duru yağ və südü  əlavə edin.
  • Rəndələnmiş qabak,qırmızı bibər,zeytin ,pendir , incə doğranmış şüyüd və cəfərini əlavə edin.
  • Tərəvəzləri taxta qaşıq yardımıyla möhkəm qarışdırın.
  • Unları , duz və qabartma tozunu qoyun .
  • Qarışdırma işləri bitdiyində  tünd rəngli  bir xəmir əldə etmiş olacaqsınıız.
  • Yağlanmış və un səpilmiş siniyə 1 barmaq qalınlığında olacaq şəkildə yayın.
  • Üstünə çörəkotu sərpin.
  • Əvvəlcədən  170 dərəcə qızdırılmış fırında bişirin.

So, what do you think ?