Min Bir Dad

Duzsuz bişirilən ev çörəyi

duzsuz ev coreyi

Duzsuz    bişirilən ev çörəyi üçün lazım olan ərzaqlar:

  • 700 qram un,
  • 200 qram süd,
  • 250 qram su,
  • 1 şirniyyat qaşığı şəkər,
  • 1 paket yaş  maya,
  • 2-3 şorba qaşığı zeytun yağı,

Duzsuz bişirilən ev çörəyinin hazırlanma   qaydası:

  • Əvvəlcə unu ələyin.
  •  Bütün ərzaqları  geniş bir kasaya yığın.
  •  Həmin ərzaqları geniş bir kasada  5 dəqiqə qədər yoğurun və  ələ yapışmayan bir xəmir əldə edin.
  • Başqa bir qabın içərisini zeytun yağı ilə yağlayın və xəmiri onun içərisinə qoyun.
  • Xəmirin üzərini dəsmal ilə örtün.
  • Xəmirin iki qatı olana qədər  gözləyin .
  • Ən azı xəmiri 35 dəqiqə qədər gözlədin.
  • Daha sonra dəzgaha bir qaşıq un səpin.
  • Qabaran  xəmiri yenidən bir dəfə  də yoğurun.
  • İçi yağlanmış baton keks  qəlibinə qoyun, normal temperaturda yenidən qabarana qədər gözləyin (30 dəqiqə).
  • Qabaran xəmirin üzərini  biçaq ilə  azca kəsin.
  • Əvvəlcədən 200 dərəcə qızdırılmış fırında 20-25 dəqiqə üzəri nar kimi qızarana qədər bişirin.  .

So, what do you think ?