Edamer Pendirli Bibərli Asan Pizza
Asan pizza hazırlamaq üzün lazım olan ərzaqlar:
- Hazır pizza xəmiri,
- 40 qr mayonez,
- 40 qr ketçup,
- 200 qr Edamer pendiri,
- 3 ədəd duzlu xiyar,
- 1 ədəd bibər,
- Duz,
- İstiot
Ərzaqların hazırlanması:
- Göbələklər içərisində su olan bir qabda biraz gözlədilir, yuyulur və doğranılır.
- Ketçup və mayonez bərabər miqdarda qarışdırılır.
- Edamer pendiri sürtkəcdən keçirilir
- Duzlu xiyar doğranılır.
- Bibərlər halqavari şəkildə doğranılır.
Pizzanın hazırlanması:
- Hazır pizza xəmirinin üzərinə ketçup və mayonez qarışığı bərabər miqdarda sürtülür.
- Bundan sonra sürtkəcdən keçirilmiş Edamer pendiri də əlavə edilir.
- Pendirin üzərindən əvvəlcədən doğradığımız göbələklər düzülür.
- Bundan sonra sırası ilə doğranmış bibər və xiyarlar əlavə edilir.
- Duz, istiot əlavə edilir və əvvəlcədən 190 0C isidilmiş sobada bişirilir.
Nuş olsun.
So, what do you think ?