Min Bir Dad

Empanadas

0

Empanadas

empanadas

empanadas

İspanya və Orta Amerika başda olmaq üzərə Cənubi Amerikada məşhur olan,   sevərək hazırlanan bir börək növüdür Empanadas .

Ümumiyyətlə,   bu kiçik börəklər yuvarlaq olmaqla bərabər müxxtəlif  formalarda da olur və müxtəlif içliklərlə də hazırlana bilir.

Hazırlandıqları bölgəyə məxsus olaraq içliklər dəniz məhsullarından, toyuq və qiymədən hazırlana bilirlər.

Sobasız da  qızartmaq mümkündür.

Ananas və çiyələk kimi  meyvələrlə də  hazırlana bilir.

Sizə təqdim edəcəyimiz  “Empanadas” tərifimiz qiyməlidir.

İçərisində ədviyyatlar və bəzi tərəvəzlər də  vardır.

Sobada bişirilən bu börək əl açması börəklərini  xatırladır. 

12 ədəd.

20 dəqiqəyə hazırlanır.

30 dəqiqəyə bişir

 

Empanadas üçün lazım olan ərzaqlar:

Xəmiri üçün:

  • 75 q   kərə yağı,
  • 1 ədəd yumurta,
  • 1şirniyyat qaşığı sirkə,
  • 1/2 su  stəkanı su,
  • 3 su stəkanı un,
  • 1 şirniyyat qaşığı  duz

İç üçün:

  • 1 kiçik  quru soğan,
  • 2 yemək qaşıı duru  yağ,
  • 200 q az yağlı qiymə,
  • 1 orta boy qırmızı   bibər,
  • 10 budaq cəfəri,
  • 1/2 çay qaşığı duz,
  • 1/2 çay qaşığı istiot

Üzəri üçün:

  • yumurta,
  • 1 yemək qaşığı su

Empanadasin hazırlanma qaydası:

  • Su, yumurta və sirkəni kiçik bir kasada  çırpın.
  • Ələnmiş un, duz və küp şəklində kəsilmiş soyuq  kərə yağını dərin bir qarışdırma qabına alın.
  • Öncədən soyuducuda  saxladığınız   kərə yağını küp -küp doğradıqdan  sonra istifadə edin.
  • Unlu və  kərə yağlı qarışımın orta hissəsini açıb yumurtalı duru  ərzaqları  əlavə edin.
  • Bütün ərzaqları yaxşıca   qarışdırın.
  • Azca  unlanmış dəzgahın üzərində yoğurduğunuz  xəmiri dincəlməsi üçün streç filmlə sarıyıb soyuducuya  qaldırın.
  • Hazırladığınız xəmiri 40-45 dəqiqə dincə qoyun.
  • İç üçün quru soğanı kiçik parçalar halında  doğrayın.
  • Ortadan ikiyə kəsib  çəyirdəklərini  çıxartdığınız bibəri soğanlarla eyni ölçüdə  doğrayın.
  • Bol suda yuduğunuz cəfərinin   yarpaqlarını incə doğrayın.
  • Duru yağı geniş bir tavada qızdırın.
  • Quru soğanları əlavə edib  xəfif bir rəng alana qədər   qovurun.
  • Az yağlı qiyməni suyunu çəkib rəng alana qədər soğanlarla birlikdə qovurun.
  • Bibərləri əlavə edib  qarışdırın.
  • Duz və istiotu da əlavə edin.
  • Doğranmış cəfərini də əlavə edib   ocaqdan alın.
  • Hazırladığınız qiyməli  içliyi soyuması üçün kənara qoyun.
  • Soyuducuda  dincə qoyduğunuz  xəmiri kiçik kündələrə ayırın.
  • Azca  unlanmış mətbəx  dəzgahı üzərində yuvarlaq şəkildə  açın.
  • Açılan xəmirlərin  yarısına hazırladığınız iç xərcini  qoyub yarım ay şəklində  qapadın.
  • Bütün xəmir üçün eyni işləmi görün.
  • Hazırladığınız  xəmirləri  aralıqlı olaraq yağlı kağız sərili fırın sinisinə  yerləşdirin.
  • Kiçik  bir qabda çırpdığınız yumurta və suyu üzərinə  sürtün.
  • Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada  25-30 dəqiqə  üzəri qızarana qədər bişirin.
  • İlıq olaraq servis edin.

So, what do you think ?