Min Bir Dad

Enerji deposu və çox sağlıqlı: Unsuz plinçik

Enerji deposu və çox sağlıqlı: Unsuz plinçik

Enerji deposu və çox sağlıqlı: Unsuz plinçik

Enerji deposu və çox sağlıqlı: Unsuz plinçik

 Sağlam qidalanmanı həyatının mərkəzi almış, son zamanlarda pəhrizə başlayayaraq qənd  ,  duz  və   undan uzaq durmağa qərar verənlər…Sevimli pəhriz və sağlam yaşamaq dostları!  Bu tərifimiz sizlərin axtardığınız bütün özəllikləri daşıyır. Tərkibində un olmadığı üçün əzab vermir,  şəkəri isə təbii qaynaqlardan alınır.

İşin sirri isə qarışdırılmış məhsulu soyuducuda bir az saxlamaqdan ibarətdir. Ardından isə tavanı vam odda önlü arxalı şəkildə bişirmək lazım olur.

6 nəfərlik,

6ədəd

Hazırlanma sürəsi:

10 dəqiqə

Bişirmə sürəsi

15 dəqiqə

Lazım olan ərzaqlar:

  •  1 ədəd  banan,
  • 1 ədəd yumurta,
  • 1,5 su stəkanı yulaf,
  • 1 stəkan süd,
  • 3 ədəd xurma,
  • 1 çay qaşığı dəniz duzu,
  • 1 çay qaşığı darçın,
  • 1 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

  • Bir qabın içərisinə yumurtaları qırın.
  •  Üzərinə südü əlavə edib yaxşıca çırpın.
  • Xurmaları 1/3 stəkan suyun içində saxlayın.
  • Çəyirdəklərini çıxardaraq xurmaları blenderdən keçirdərək püre halına salın.
  • Bu püreni də yumurtanın üzərinə əlavə edin.
  • Ayrı bir qabın içərisində bananı əzin  və qarışığın içinə qatın.
  • Darçın, qabartma tozu və dəniz duzunu da əlavə edib gözəlcə qarışdırın.
  • Yulafı blenderdən keçirin və un halına salın.
  • Ardından qarışımın içərisinə əlavə edib  qarışdırın.
  • Üzərini streç filmlə qapadıb  10 dəqiqə soyuducuda  saxlayın.
  • Bir tavayı azca  yağlayın və vam  odda  isidin.
  • Ardından qarışımdan orta doluluqda bir çömçə alaraq tavaya tökün.
  • Arxalı önlü bir yaxşıca  bişirin.
  • Bişirərkən tavaya aradabir yağ sürtüün ki plincikləriniz yapışmasınlar.
  • Üzərinə dilədiyiniz ərzaqları əlavə edərək servis edin.
  • Üzərini   banan  dilimləri, bal və qoz  ya da arzuladığınız  başqa meyvə və soslarla bəzəyərək  servis edə  bilərsiniz.

 Nuş olsun!

So, what do you think ?