sayfa içeriği

Min Bir Dad

Ev şəraitində lahmacun

ev üsulu lahmacun

ev üsulu lahmacun

 

Ev şəraitində lahmacun

 

Lazım olanlar: 

Xəmir üçün: 

  • 5 stəkan un,
  • 0,5 paket maya,
  • ilıq su,
  • duz,

İçlik üçün: 

  • 0,5 kq qiymə.
  • 3-4 ədəd pomidor,
  • 2 ədəd baş soğan (rəndələnmiş),
  • Duz,
  • Cəfəri (istəyə görə),
  • Kəkotu (istəyə görə),
  • Qırmızı toz bibər (istəyə görə),

Salat üçün: 

  • Cəfəri,
  • Soğan,
  • Limon,

Bişirmək üçün:

  • Maye yağ

Ev şəraitində lahmacun hazırlanma qaydası:

  • Ev şəraitində lahmacun bişirmək üçün un, maya və duzu qarışdırıb, ilıq su ilə xəmir yoğrulur.
  • Xəmir yoğrulduqdan sonra xəmiri dincəlib özünü tutması üçün yarım saat – 1 saat arası  dincəldirik.

İçlik hazırlamaq:

  • Ev şəraitində lahmacun xəmiri gözlədilirkən içliyi hazırlayırıq.
  • Bunun üçün qiymə, ədviyyatlar, kiçik doğranmış pomidor və rəndələnmiş soğan, duz bir-birinə qarışdırılır.
  • Sonra xəmiri yumurta böyüklüyündə kündələrə ayırırıq.
  • Kündələrin yapışmaması üçün masanı unlayırıq.
  • Sonra evdə lahmacun kündələrini açırıq.
  • Yayılmış evdə lahmacun yuxasının birinin üzərinə hazırladığımız içliyi bərabər şəkildə yayırıq.
  • Sonra bir başqa yuxa ilə bunun üzərini örtürük.
  • Eyni qayda ilə bütün evdə lahmacun xammallarını hazırlayırıq.
  • Qiymənin hər iki yuxaya da yaxşı yapışması üçün biraz gözləyirik.
  • Geniş bir tavaya yağ qoyuruq.
  • Tava isindikdən sonra evdə lahmacun bu tavanın içərisinə qoyulur.
  • Vam odda bişir.
  • Tavanı ocağın geniş gözünə qoymaq lazımdır ki, tavanın hər tərəfindən bərabər şəkildə istilik gəlsin və evdə lahmacun yanmasın.
  • Lahmacunun bir üzü bişdikdən sonra ehtiyatla çevirib ikinci üzünü də bişiririk.
  • Bişdikdən sonra evdə lahmacunu bir qaba kağız səririk və onun üzərinə qoyuruq.
  • Süfrəyə verilərkən iki qat lahmacun yuxası bir birindən ayrılır və içərisinə hazırladığımız göyərti və soğan qoyularaq süfrəyə verilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *