fbpx

Min Bir Dad

Ev üsulu Əriştə

 

Ev üsulu əriştə

Ev üsulu əriştə

Ev üsulu Əriştə hazırlamaq çox asandır. Buyurun Ev üsulu Əriştə resepti ilə tanış olun.

 

Ev üsulu Əriştə

Lazım olan ərzaqlar:

  • Odad un
  • Yumurta: 1 ədəd
  • Duz
  • Su: 2 stəkan (xəmir yoğurmaq üçün)
  • Kərə yağı: 150 qram

EV ÜSULU ƏRİŞTƏ HAZIRHANMA QAYDASI:

Unun içərisinə duz vurulur və 1 ədəd yumurta qırılır. 2 stəkan su əlavə edilir. Xəngəl üçün xəmir yoğrulur. Xəmir yoğrulub artıq ələ yapışmamağa başladığı zaman xəmir bərabər ölçülü kiçik kündələrə ayrılır. Oxlov vasitəsi ilə xəmir kündələri yayılır. Yayma yayılarkən masaya yapışmaması üçün masanın üzərinə arada biraz un səpilir.

Ev üsulu əriştəni hazırlamaq üçün yayılan yuxalar üç bərabər hissəyə uzunlamasına qatlanır. Qatlayarkən yuxanın yapışmaması üçün aralarına un səpilir.

3 hissəyə qatlanan yuxanı üzərinə un səpilir. əriştəni doğramaq üçün bir əl qatlanmış əriştə yuxasının üzərinə qoyularaq kəiləcək en ölçüsü tənzimlənir. Bundan sonra bıçaq vasitəsi ilə eninə doğranır.

Doğranan Ev Üsulu Əriştə üzərinə un səpilərək biraz çırpılır.

Aşağı temperaturlu sobada əriştəni qurutmaq və ya günəşli hava varsa açıq havada qurutmaq mümkündür. Quryan əriştəni bişirməmişdən əvvəl qovurmaq lazımdır.

Bişirmə qaydası.

Su qaynadılır. Biraz duz vurulur. Qaynayan suya qovrulmuş ev üsulu əriştə əlavə edilir və bişirilir.

Bişdikdən sonra süzülür.

Kərə yağ bir tavada əridilir. Süzülən əriştənin üzərinə əlavə edilir və dəmə qoyulur.

Nuş olsun!

 

Bənzər reseptlər

 

So, what do you think ?