Min Bir Dad

Ev üsulu lülə kabab

0

adanakebap1-600x340

Ev üsulu lülə kabab

Lazım olan ərzaqlar:

  • 500 q orta yağlı quzu əti,
  • (ət maşnada deyil bıçaqla əzilib qiymə halına gəlməli)
  • 200 q quyruq yağı,
  • Duz,
  • Bibər,

Salatı üçün:

  • 2-3 orta quru soğan,
  • 1 yemək qaşığı sumaq,
  • 1 dəstə cəfəri,
  • Duz,
  • Servis üçünsə yanında ya lavaş, yaxud da nazik pidə çörəyi.

Ev üsulu lülə kabab hazırlanma qaydası:

  • Qiymə, quyruq, duz və bibər qataraq yaxşıca yoğurun.
  • Soyuducuda -4 saat soyudun.
  • Təkrar çıxardıb yoğurun.
  • Sonra əllər ara-sıra isladılaraq qiyməni  qalın şişlərə sıxaraq yerləşdirin.
  • Fırını izqara ayarına gətirin.
  •  Fırında 200 dərəcədə ara-sıra çevirərək bişirin.
  • Arzuya görə yağsız tavada və manqalda da bişirə bilərsiniz.
  • Soğanı incə halğalar şəklində doğrayaraq üzərinə duz səpib yaxşıca əzin.
  • Süzgəcdə yaxayıb süzün.
  • Üzərinə doğranmış cəfəri, sumaq,duz səpərək qarışdırın.
  • İncə pidənin və ya lavaşın içinə bol soğan salatı kababı qoyaraq kabab sinisini bəzəyin.
  • Ev üsulu lülə kabab yanında isə buz kimi ayran və pomidor dilimləriylə servis edin.

So, what do you think ?