sayfa içeriği

Min Bir Dad

Ev üsulu şokaladlı pudinq

ev şəraitində şokaladlı puding

Pudinq hazırlamaq üçün lazım olan ərzaqlar: 

  • 3 yemək qaşığı un,
  • 3 yemək qaşığı kakao,
  • 3 yemək qaşığı şəkər tozu,
  • 3 stəkan süd,
  • 80 qram bitter şokalad,

Bəzək üçün: 

  • Çiyələk

Ev üsulu pudinq hazırlama qaydası:

  • 1. Pudinq hazırlamaq üçün bütün materialları: un, kakao, şəkər tozu, süd, bitter şokaladı bir qazanda qarışdırın və bu qarışığı bişirin.
  • 2. Bişən pudinq qatılaşıb lazımi qatılığa gəldikdən sonra ocağın üzərindən götürün. Ancaq soyuyana qədər pudinqi qarışdırmağa davam edin.
  • 3. Biraz soyuyduqdan sonra hazır olan pudinqi süfrəyə veriləcək kasalara çəkin.

Qeyd: 

  • Əgər şokaladlı pudinqin üzərində qaymaq əmələ gəlməsini istəmirsinizsə, bu zaman kasaların üzərini streç filmlə bağlayın.
  • 4. Pudinq soyuduqdan sonra soyuducuya alın.
  • Burada tam soyumasını gözləyin.
  • 5. Soyuyan pudinqi süfrəyə verərkən üzərinə bütöv çiyələk qoyaraq bəzəyin.

Nuş olsun!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *