Min Bir Dad

Evdə açı toz bibərin hazırlanması

Evdə açı toz bibərin hazırlanması

evdə-hazırlanan-acı-bibər

evdə  acı toz  bibərin hazırlanması

Evdə açı toz bibərin hazırlanması

Qış hazırlıqları işlərimiz davam edir.

Sırada toz qırmız   bibər var.

Qırmızı olmasını istədiyimiz yeməklərdə  sıx bir şəkildə tomat istifadə  etmək  yeməyin dadına  turş edər.

Buna görə də  toz qırmızı bibəri çox istifadə etsəniz daha yaxşı olar.

Evinizdə bir üyüdücü  varsa,  toz qırmızı bibər etməniz çox asan olacaq.

Bütün ədviyyatları özünüz hazırlasanız daha keyfiyyətli olar.

Həm  də ədviyyatlarınız  təzə və ətirli  olar.

Eyni zamanda da  qatqılı ədviyyat istifadə riski ortadan qalxmış olar.

Qırmızı toz bibər istehsalı çox asandır.

Bunun üçün əvvəlcə yaxşıca qızarmış bibərlər tapmağınız  lazımdır.

Bibərlər nə qədər ətli olsa, o qədər bərəkətli toz bibəri  çıxar.

Acı yeyə bilməyənlər  tomatlıq  qırmızı bibər istifadə edə  bilərlər.

 

Evdə acı toz bibərin hazırlanma qaydası:

  1. Acı qırmızı bibərləri yuyub saplarını çıxarın.
  2. Toxumlarını  çıxartmadan doğrayın.
  3. İstərsəniz  dördə bölün.
    Pambıq bir süfrənin  üzərinə bibərləri  sərin  və günəş alan bir eyvanda  qurumasını təmin edin.
  4. Soyuducunun rəfinə açıqda sərilən bibərlər də çox rahat   quruyur.
  5. Hətta nanə, cəfəri da bu üsulla qurudula  bilər.
    Olduğunuz yer nəmli deyilsə 1 həftə və ya 10 gün  müddətində bibərlər quruyar.
    Quru bibərləri qarışdırdığınızda toxumların  böyük bir qisimi alta töküləcəkdir.
  6. Yalnız bibərləri alın toxumlar altda qalsın.
    Uzun müddət günəşdə gözlədiyi halda, bibərləri əlinizlə bastırdığınızda ufalanmırsa kifayət qədər qurumamışdır.
  7. Bu da havadakı nəmdən qaynaqlana bilər.
  8. Quruyan  bibərləri bir paketə qoyub dondurucuya atın və ən az 6 saat gözlədin.
  9. Bu şəkildə bibərlər   qupquru olacaqdır.
  10. Dondurucuda çıxardığınız bibərləri heç gözlətmədən, üyüdücüdə  çəkin və toz halına gətirin.
    İçində iri parçalar qaldısa bir un ələyindən  ələyin.
  11.  Qalan iri parçaları yenidən çəkin.
    Əldə etdiyiniz toz bibəri bir qaba qoyun və soyuducuda saxlayın.
  12. Çünki  istilərdə çöldə qalsa çox tez xarab ola bilər.
    Bəzi xanımlar toz bibəri bolca yağ və duzla qarışdırıb qablara basır və tomat kimi istifadə edirlər.
  13. Bu heç də düzgün   bir metod deyildir

Maraqlananlar üçün:

  1. 3 kq təzə bibərdən, 350 qr  toz bibər çıxır.
    Quru bibərlərin altında qalan toxumları  isə  ayrıca çəkin.
  2. Bunu da yenə küftəyə, plovlara əlavə etmək olar.

 

 

 

So, what do you think ?