sayfa içeriği

Min Bir Dad

Evdə hazırlanan ərişdə

Evdə hazırlanan ərişdə 

Evdə hazırlanan ərişdə

Evdə hazırlanan ərişdə

Evdə hazırlanan ərişdə

Qış hazırlıqları içərisində evdə hazırlanan ərişdə xüsusi yer tutur. Bütün qış  boyu keçinə bilmək üçün böyük miqdarda hazırlayırlar.Sərin və quru bir yerdə bez torbada qoruyub saxlayırlar. Bir çox bölgələrimizdə ərişdə deyə tanıyırlar.Bəzi bölgələrdə süd və yumurtadan istifadə edirlər. Xəmirinə qatılan südə  və yumurtaya görə özünəməxsus bir dadı vardır.  Turşu və üzərinə süzülmüş şor ilə yemək tərcih edilir. 1001dad saytı bu yazısında sizlərə bəzi bolgələrimizdə  ( əsasən Mexseti türklərinin)  hazırladıqları “Ev ərişdəsi”nin reseptini təqdim edəcəkdir.

 Lazım olan ərzaqlar:

  • 30 yumurta,
  • 3 kq süd,
  • 2 kq su,
  • Yetərincə  un,
  • Duz

Burada verilən miqdarlar   bir ailənin qışlıq keçimi üçün olan bir ölçüdür.

Ölçüləri dəyişdirə də bilərsiniz.

Ərişdənin hazırlanma qaydası:

  • Yumurta, süd, su və duz ortası   hovuz kimi açılmış unun içərisinə  alın.
  • Bütün ərzaqları  yavaş- yavaş una yedirdərək sərt bir xəmir hazırlayın.
  • Yaxşı  yoğrulan xəmiri  yumurta böyüklüyündə kündələrə   ayıraraq  bir saat kənarda, təmiz bir örtüyün  altında dinlənməyə  alınır.
  • Hər bir kündədən  çox  incə olmayacaq şəkildə  süfrə  böyüklüyündə yuxalar açın.
  • Açılan yuxalar  təmiz bir örtük  üzərində  bir -birinə   dəyməyəcə k şəkildə sərin.
  • Yuxalar havalı  və günəş görməyən bir ortamda 5-6 saat qurumağa buraxın.
  • Yuxaları üst-üstə 10-12 ədəd qoyub əvvəlcə 5-6 sm  qalınlığında lentvari kəsin.
  • Kəsilən hər bir lentvari  yuxanı iti bir bıçağın köməyi ilə 1-2 mm qalınlığında eninə  kəsin.
  • Əldə olunan kəsilmiş ərişdə xəmirlərini yenidən quru bir bez üzərinə sərin və kölgə bir yerdə 4-5 gün ərzində qurudun.
  • Hazır olan ərişdələri nəmdən üzaq  sərin bir yerdə quru bez torbada saxlamaq olar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *