sayfa içeriği

Min Bir Dad

Evdə ləzzətli hamburger hazırlamaq

0

Evdə ləzzətli hamburger hazırlamaq

ev üsulu hamburger hazırlama

ev üsulu hamburger hazırlamaq

Evdə ləzzətli hamburger hazırlamaq

Fast-food restoranlardan aldığımız hamburgerləri evdə hazırlayaraq ailə üzvlərinizə , övladlarınıza, qonaqlarınıza təqdim etməyin ləzzəti ayrıdır.
 Çünki  dadı başqa heç bir şeyə bənzəməyən  bir hamburger hazırlamaq üçün heç də məşhur aşbaz olmaq lazım deyil.
1001 dad saytı bunları nəzərə alaraq sizlərə “Evdə hazırlanan hamburger” tərifini təqdim edir.

 Evdə ləzzətli hamburger hazırlamaq sirrləri

  •  Evdə hazırlanan hamburgerin dadlı olmasının səbəbi ilk öncə doğru ət seçimidir.
  • Elə rastgələ ət almaq düzgün deyildir.
  • Hamburger üçün dananın döş ətindən istifadə etmək lazımdır.
  • Ət çox yağlı olmamalıdır.
  • Əti dincəldərək aram-aram yoğurmaq lazımdır.
  • Küftələr hamburger çörəyindən geniş  olmalıdır.
  • Hamburger xərcinin içərisinə qatışdırdığınız soğan, sarımsaq  və ədviyyatları   normal küftəyə görə  bir az artıq atmalısınız .
  • Ayrıca küftənin içinə suxarı əlavə edin.
  • Küftələri çox yoğurmayın  və soyuducuda dincə qoyun.
  • Çünki qiymənin dincəlməyə və toparlanmağa ehtiyacı vardır.
  • Belə olmasa küftəniz   tavada dağılar.
  • Tavanı əvvəlcədən qızdırın ancaq tavaya yağ tökməyin.
  •  Ətiniz onsuz da yağlıdır.
  • Qızdırdığınız tavaya hamburger küftənizi qoyun  və o üz bu üzə çevirin ki, yanmasın.
  • Küftələrin orta hissəsini baş barmağınızla basaraq çuxur açın.
  • Çuxurlar  ət  bişdikcə   itəcəkdir.
  • Küftələr də bu şəkildə rahat bişəcəkdir.
  •  Hamburgeri yaxşı və ya pis edən onun  əti ilə bərabər həm də çörəyidir.
  • Hamburger çörəklərini əvvəlcədən fırında qızdırın.
  • Amma yandırmayın.
  • Çalışın ki,  çörəklər  yumşaq olsun.
  • Tavada bişən küftələri  çevirdikdən sonra üzərinə holland pendiri qoyun ki, çevrilmiş ətin istidində ərisin.
  • Beləliklə pendirin də ləzzəti ətə keçir.
  • Hazır hamburgerlərin içərisinə bol göyərti qoymaq lazımdır ki ,dolu görünsun.
  • Artıq sosu hazırlamağın vaxtıdır.
  • Dadlı bir sosa ehtiyacımız vardır.
  • Sosu hazırlamaq üçün  beş ölçü mayonez, bir ölçü ketçup və bir ölçü xardal əlavə edib qarışdırın.
  • Bununla da dadlı bir sosa sahib olacaqsınız.
  • Hazır sosun içərisinə nişasta əlavə edərsinizsə sosunuz həm  dağılmaz, həm də axmaz.

 

Bənzər reseptlər:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *