Min Bir Dad

Evdə nanə mürəbbəsi hazırlama qaydası.

Evdə nanə  mürəbbəsi hazırlama qaydası.

evdə nanə mürəbbəsi hazırlamaq

Evdə nanə mürəbbəsi hazırlama qaydası

 

Nanə mürəbbəsi həm mürəbbə olaraq , həm də bəzi kokteyl  və şirniyyatlarda işlənə biləcək  pratik bir ləzzətdir.

Şəkər işlətməklərində problem ola bilən insanlar  isə şəkər yerinə bal istifadə edə bilərlər.

 

Nanə mürəbbəsi üçün lazım olan ərzaqlar:

  •  Bir dəstə yaxşıca yuyulmuş təzə nanənin yarpaqları,
  • Yarım limonun suyu,
  • 2 su stəkanı   şəkər  tozu,
  • Bir stəkan  içmə suyu

Nanə mürəbbəsinin hazırlanma qaydası:

  • Nanələri ayırtlayaraq təmiz-təmiz yuyun.
  • Suyunun süzülməsi üçün gözləyin və suyu süzüldükdən sonra  bir qazana alın.
  • Üzərinə şəkər tozunu əlavə edib qarışdırın.
  • Qazanın qapağını örtərək nanələrin özünü salması üçün bir gecə saxlayın.
  •  Daha sonra ocağın altını yandırın   və üzərinə  həmən 1 su stəkanı  içmə suyu əlavə edərək   orta  atəşdə  qaynadın.
  • Dibinin   tutmaması üçün aram- aram taxta qaşıq ilə qarışdırın  və üzərində köpüklənmə olarsa bu köpükləri yığın.
  • Qatılaşdığı  gözlənincə üzərinə yarım ədəd  limonun suyunu  qatın və bir az daha qaynatdıqdan sonra ocağın altını  qapadın  vəqazanı  bir kənarda 3-4 dəqiqə  dincəldin.
  • Daha öncə təmizlənmiş və yaxşıca qurudulmuş  banka içərisinə hələ  isti halda yığın və  bankanın  ağzını  möhkəm bağlayaraq ağzı üstə çevrilerek soyumaya qoyun.
  • Soyuduqdan sonra soyuducuya  yığın.

Nuş olsun!

So, what do you think ?