Min Bir Dad

“Fantaziya” salatı

0

“Fantaziya” salatı

fantaziya salatı

fantaziya salatı

“Fantaziya” salatı üçün lazım olan ərzaqlar:

  • 2   ədəd toyuq döşü,
    3   ədəd yumurta,
    2  ədəd kartof,
    4  ədəd  marinə xiyar,
    1 banka marinə  şampinyon  göbələk,
    80 q bərk pendir,
    mayonez,
    Duz

Bəzəmək üçün:

  • qarğıdalı,
    göyərti,
    yumurta ağı,

“Fantaziya” salatının hazırlanma qaydası:

  • Toyuq ətini suda bişirib soyudun.
  • Yumurtaları suda bişirib qabığını təmizləyin.
  • Kartofu suda qabıqlı bişirib  təmizləyin.
  • Marinə edilmiş göbələyin suyunu süzün.
    Yastı qabın içinə dairəvi halqa formanı (kənarları hamar olsun deyə) qoyun.
  • Kartofu sürtgəcin iri gözündən keçirin.
  • Formanın içərisinə yayıb üzərinə duz və mayonez vurun.
  • Xırda doğranmış toyuq ətini kartofun üzərindən yayaraq  mayonez çəkin.
    Göbələyi  doğrayıb ətin üzərindən  döşəyin.
    Xırda doğranmış yumurtaları göbələyin üzərinə  yayıb  azca basın və yenə  mayonez çəkin.
    Marinə edilmiş xiyarları xırda kubik   şəklində doğrayıb döşəyin.
    Salatın üzəri üçün pendiri sürtgəcin xırda gözündən keçirin.
  • Üzərinə strec film  çəkib soyuducuda 1-2 saat saxlayın.
    Salatın kənarındakı halqanı çıxarıb üzərini zövqünüzə görə bəzəyin.

Nuş olsun!

So, what do you think ?