Min Bir Dad

Fırında göbələkli holland pendirli toyuq qızartması

Firinda-Mantarli-Kasarli-Tavuk-Sote

Lazım olanlar:

  • 1 kq quşbaşı doğranmış toyuq döşü,
  • 2 ddənə quru soğan,
  • 200 q göbələk,
  • 4-5 ədəd yaşıl bibər,
  • 2 dənə pomidor,
  • 1 yemək qaşığı pomidor tomatı,
  • 2 çay qaşığı istiot,
  • 2 çay qaşığı kəklik otu,
  • 2 çay qaşığı qırmızı pul bibər,
  • 150 q  holland pendiri,
  • Yetərin qədər duz,
  • 1 çay stəkanı duru yağ,

Hazırlanması:

  • Teflon bir tavaya yağ alıb isidin.
  • Üzərinə toyuq ətini tökərək , ətlər suyunu çəkənə qədər qovurun.
  • 2 ədəd quru soğanın qabığını soyaraq incə-incə doğrayıb qovrulmaqda olan ətlərin üzərinə əlavə edərək qızarana qədər qovurun.
  • Göbələkləri yuyub ətin üzərinə töküb qovurun.
  • Yaşıl bibərləri təmizləyib incə-incə doğrayın.
  • Pomidorların qabıqlarını soyub küp şəklində doğrayın.
  • Ətin üzərinə əlavə edərık bir neçə dəqiqə qovurun.
  • Sonra tomatı əlavə edib 1 su stəkanı qədər qaynar su və ədviyyatları və duzu  əlavə edərək 5-6 dəqiqə qaynadın.
  • Daha sonra bişən toyuq ətlərini ocaqdan alaraq uyğun bir fırın qabına boşaldın.
  • Üzərinə holand pendiri əlavə edərək əvvəlcədən 180 dərəcə qızdırılmış fırında qızarana qədər bişirərək isti halda servis edin.

So, what do you think ?