sayfa içeriği

Min Bir Dad

Fırında kabak çiçəyi dolması

Fırında kabak çiçəyi dolması  

 

 

firinda_kabak_ciçəyi_dolmasi_

firinda_kabak_ciçəyi_dolmasi_

Fırında kabak çiçəyi dolması   üçün lazım olan ərzaqlar:

  • 100 qram  yağlı qiymə,
  • Yarım çay stəkanı düyü,
  • 1 kiçik soğan,
  • 1 diş sarımsaq,
  • 1 orta boy pomidor,
  • 1  yaşıl  bibər,
  • 4-5 ədəd cəfəri,
  • 1 çay qaşığı istiot,
  • 1 çay  qaşığı qırmızı bibər,
  • 1 şirniyyat qaşığı tomat,
  • 1şirniyyat  qaşığı nar şərab,
  • yetərin qədər   su,
  • Yarım çay stəkanı  zeytun yağı,

Fırında kabak çiçəyi dolması necə hazırlanır?

  • Əvvəlcə zeytun yağını, soğanı və bibəri tavada bir az qızardın.
  • Bunlar qızarandan sonra hazırladığınız qiyməni əlavə edin.
  • Qiymənin rəngi dönənə qədər bişirin.
  • Qiymə bişəndən sonra tomatı əlavə edib qarışdırın.
  • Pomidor və sarımsağı əlavə edib 3-4 dəqiqə qədər bişirin.
  • Sonda isə düyü, duz  və ədviyyatları , 1 stəkan suyu əlavə edib bişməyə qoyun.
  • Dibində çox az bir miqdar su qalanda cəfərini əlavə edin.
  • Ocağın altını qapadıb dəmlənməyə qoyun.
  • Kabak çiçəyini geniş bir qaba alıb bol suyla diqqətlicə , ancaq ovxalamadan yuyun.
  • Çiçəyin içində qarışqa ola bilər.
  • Çox incə olduğu üçün ovalanmağa dayanmır.
  • Kabak çiçəyinin yarpaq hissələrini aralayıb  soyumuş içdən bir çay qaşığı qədər doldurun.
  • Həddindən çox doldurmayın ki, çiçək xarab ola bilər.
  • Doldurduqdan sonra yarpaqları içə doğru qatlayın.
  • Qapatdığınız hissələri fırın siniosinin kənatlarına söykənəcək şəkildə düzün.
  •   1 sıra da üzərinə  düzə bilərsiniz.
  • Çiçək dolmalarının üzərinə  çox  az zeytun yağı gəzdirin.
  • 4-5 yemək qaşığı qədər də su əlavə edin.
  • Əvvəlcədən 200 dərəcəyə yaxın qızdırılmış fırında üzəri xəfif qızarana qədər ,   yəni,   15v  dəqiqəyə yaxın bişirin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *