sayfa içeriği

Min Bir Dad

Fırında kartof düzməsi

Fırında kartof düzməsi

fırında kartof düzməsi

fırında kartof düzməsi

Fırında kartof düzməsi

Lazım olan ərzaqlar:

  • 8dənə  orta boy kartof,
  • Yarım kiloqram az yağlı qiymə
  • 2 dənə quru soğan,
  • Yarım dəstə cəfəri,
  • 1 dənə  qırmızı bibər,
  • 1,5 yemək qaşığı tomat,
  • Yarım çay stəkanından  bir az çox maye  yağ,
  • 1,5 stəkan  qaynar su,
  • Pul bibər,
  • İstiot,
  • Duz

 

Fırında kartoflu düzməni hazırlanma qaydası:

  1. İlk önce 8 dənə kartofu  soyaraq yuyun.
  2. Kartofları bir barmaq qalınlığından bir az incə  şəkildə halğa-halğa  doğrayın.
  3. Küftələri hazırlamaq üçün qiyməni geniş bir kasaya alın.
  4. 2  dənə quru soğanı rəndələyin və syunu süzdükdən sonra qiymənizi əlavə edin.
  5. Cəfərini də incə -incə doğrayıb qiyməyə əlavə edin.
  6.  Pulbibər, istiot və duzu  da əlavə etdikdən sonra gözəlcə yoğurun və küftələrinizi əldə edin.
  7. Halğa şəklində dilimlədiyiniz kartoflardan 1 halqanı əlinizə alın və küftə xərcindən bir parça  götürüb üzərinə qoyun.
  8. Digər kartof dilimini də onun üzərinə qoyub təkrar küftə qoyun. Bunu ərzaqlar bitənə qədər belə edin.
  9. Əlinizdəki kartof düzməsini  sininin kənarına yan üstə qoyun.
  10.   Maye yağımızı kiçik bir tavaya alıb yaxşıca   qızdırdıqdan sonra kartofların üzərinə  gəzdirərək tökün.
  11. Fırınınızı 200 dərəcə qızdırdıqdan sonra  kartofları 10 15 dəqiqə bişirin.
  12. Son olaraq bir kasaya tomatı və  qaynar suyu alıb qaşıqla əzip qarışdıraraq sosunuzu hazırlayın.
  13. 10-15 dəqiqə  sonra fırından çıxartdığınız düzmələrin  üzərinə bu sosunuzu gəzdirin və yenidən fırına verin. Kartoflar yumşalana qədər bişirin.
  14. Kartof düzməsi servisə hazırdır.
  15. İsti halda  və  şəklini pozmadan servis edin.

Nuş olsun!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *