Min Bir Dad

Fırında lavaş

0

4526_650x433fırında lavaş

Fırında lavaş

Fırında lavaş üçün lazım olan ərzaqlar:

  •  4 ədəd lavaş,
  •  200 q qiymə,
  •  1 ədəd quru soğan,
  •  4-5 ədəd yaşıl  bibər,
  • 2 ədəd pomidor,
  • ½ çay stəkanı maye yağ,
  •  Duz,
  • Pul bibər,
  • Kəklik otu,
  •  2 stəkan süd,
  •  2 yemək qaşığı un,
  • 1 kasa holland pendiri,

 Fırında lavaşın  hazırlanma qaydası:

  • Maye yağda soğan və qiyməni qovurun.
  • Yaşıl  bibər və pomidoru əlavə edərək  çox qovurmadan duz, bibər, kəklikotunu da əlavə edib ocağın altını söndürün.
  • Lavaşların yanlarındaki artıqları kəsin.
  • Hazırladığınız qiyməli sosu lavaşın içinə yayıb rulon kimi bükün.
  • Fırını 200 dərəcəyə qədər qızdırın.
  • Beşamel sos hazırlamaq üçün maye yağda unu qovurun.
  • Südü yavaş-yavaş əlavə edərək qatılaşdana qədər qarışdırın.
  • Hazırlamış olduğunuz lavaşların üzərinə beşamel sosu sürtərək üzərini holland pendiri ilə örtərək fırına verin.
  • Holland pendiri tamamən əridikdən sonra fırından çıxardıb servis edə bilərsiniz.

So, what do you think ?