Min Bir Dad

Fırında makaron

Fırında makaron

fırında makaron

fırında makaron

 

Fırında makaron

  • 1 paket makaron,
  • 1 yemək qaşığı kərə yağı,
  • 1 yemək qaşığı un,
  • 3 su stəkanı  soyuq  süd,
  • 2 ədəd yumurta sarısı,
  • 1/4 çay qaşığı əzilmiş qoz,
  • 1/4 çay qaşığı təzə çəkilmiş istiot, 
  • 1/2 çay qaşığı duz,

Fırın qabını yağlamaq üçün:

  • 1 şirniyyat  qaşığı kərə yağı,

Üzəri üçün:

  • 1 su  stəkanı rəndələnmiş holland pendiri,

Servis üçün:

  • 1/4 dəstə şüyüd

 

Necə hazırlanır?

  • Bir qazanın içində suyu qaynadın.
  • Qaynayan suyun içinə makaronu əlavə edib bişirin.
  • 10 dəqiqəyə yaxın bişirdikdən sonra suyunu süzün.
  • Fırın qabını kərə yağı ilə yağlayın.Süzdüyünüz makaronları yağladığınız siniyə tökün.
  • Başqa bir qazanı da ocağa alıb içinə kərə yağı ataraq əridin.
  • Əridiyiniz kərə yağının içərisinə ələmiş olduğunuz unu əlavə edib qovurun.
  • Unun rəngi dəyişən kimi içərisinə soyuq süd və yumurta sarısını əlavə edin.
  • Həmən ardından rəndələnmiş qozu , istiotu və  duzu  hazırladığınız sosa  əlavə edərək ləzzətləndirin.
  • Bu sosu çərpıcı ilə çırparaq qarışdırın və vam odda qatılaşana qədər bişirin.
  • Sosunuz azca sulu olduğu halda ocaqdan alın.
  • Fırın qabındakı  makaronların üzərinə sosu  gəzdirin.
  • Bütün sosu tökdükdən sonra fırın qabının içindəki makaron sosu qarışdırın və taxta qaşıqla üzərini düzəldin.
  • Son olaraq soslu makaronun üzərinə rəndələnmiş holland pendirini rəndələyin.
  • Əvvəlcədən 180 dərəcə qızdırdığınız fırında 15  dəqiqə bişirin.
  • Fırından çıxardıqdan sonra üzərinə şüyüdü incə doğrayaraq üzərinə səpin  və servis edin.

 Nuş olsun!

So, what do you think ?