Min Bir Dad

Sobada manqal keyfi: Toyuq kababı

Sobada manqal keyfi: Toyuq kababı 

https://yemek.com/tarif/firinda-tavuk-sis/ | Fırında Tavuk Şiş Tarifi

Sobada  manqal keyfi: Toyuq kababı

Sobada manqal keyfi:  Toyuq kababı

Soğanı, sarımsağı, toyuğu, zeytun yağını alan gəlsin.

Axşama sobadan çıxmış, çox doyurucu və ləzzətli bir yemək var.

Yanına istəsəniz  salat hazırlayın, arzu edərsiniz plovla servis edin.

Hər yeməyin yanına çox yaraşır, yeməyə doymaq  olmur.

İndi isə  o yumşaq  toyuq ətinin   sirlərini  öyrənmək zamanıdır.

Bütün bunları nəzərə alan 1001 dad yemək saytı sizlərə bu tərifi çatdırmağı özünə borc bildi.

Bu yeməyi sevdiklərinizlə birgə hazırlamağınızı və zövqlə nuş etməyinizi arzu edərdik.

4 nəfərlik,

Hazırlanması:

15  dəqiqə,

Bişirmə surəsi:

30 dəqiqə

Lazım olan ərzaqlar:

  •  500 q sümüksüz toyuq,
  • 1 iri soğan  suyu,
  • 2 yemək qaşığı qatıq,
  • 3 diş sarımsaq,
  • 1,5  qəhvə fincanı zeytun yağı,
  • 1 şirniyyat qaşığı duz,
  • 2 çay qaşığı istiot,
  • 1 çay qaşığı qırmızı bibər,
  • 1çay qaşığı kəklikotu,
  • 1 dəstə bibəriyyə

Araları   üçün:

  • 1 ədəd bibər,

  • 1 ədəd kabak,

  • 1 ədəd soğan,

  • 100 qram  göbələk,

    1 çay qaşığı duz,
  • 1 çay qaşığı  istiot,

    2 yemək qaşığı  zeytun yağı

 Hazırlanma qaydası:

  • Dərin bir qabın içərisinə  quşbaşı şəklində doğranmış toyuq döşünü yuyun.
  • Üzərinə zeytun yağı,  qatıq, soğan suyu, rəndələnmiş sarımsaqları , duz  və ədviyyatları da əlavə edərək qarışdırın.
  •  Bu toyuqların üzərinə strec film   çəkərək soyuducuda ən azından 1 saat saxlayın.
  • Göbələk xaric digər bütün ərzaqları orta qalınlıqda  doğrayın.
  • Duz, istiot  və zeytun yağı ilə qarışdırın.
  • Çöp şişlərə toyuqları  və tərəvəzləri bir-bir keçirin.
  • Bütün ərzaqlar bitənə qədər belə davam edin.
  • Bir soba  sinisinə yağlı kağız sərin.
  •  Sobanın orta  hissəsinə  bu  sinini  yerləşdirin.
  • Şişləri soba telinin üzərinə düzün.
  • Sobanı  180 dərəcədə 5 dəqiqə qədər  qızdırın.
  • Ardından telin üzərinə çöp şişləri düzərək  bişməyə qoyun.
  • Bəlli aralıqlarla yönlərini dəyişdirməyi  çalışın.
  • 20-25 dəqiqə  qədər  bu şəkilə bişirdikdən sonra çıxarıb  servis edə bilərsiniz.

So, what do you think ?