Min Bir Dad

Fırında pendirli gülkələmi

Fırında pendirli gülkələmi

                         fırında pendirli   gülkələmi

Fırında pendirli   gülkələmi  tərifi axtarırsınız?

 1001 dad yemək saytı tapa biləcəyiniz ən dadlı və ləzzətli”Fırında pendirli gülkələmi” tərifini sizlərə təqdim edir.

Fırında pendirli   gülkələmini böyük bir zövqlə hazırlamağınızı  və sevdiklərinizlə birlikdə nuş etməyinizi arzu edir. 

Fırında pendirli gülkələmi  üçün lazım olan ərzaqlar:

  • 1 orta boy gülkələmi,
  •  1 yumurta,
  •  1 çay stəkanı  süd,
  •  3 yemək qaşığı zeytun yağı,
  •  1 su stəkanı  rəndələnmiş mozzarella pendri,
  • 1ədəd soğan ,
  •  3-4 diş   sarımsaq,
  •  1 çay qaşığı qırmızı toz bibər,
  • Duz,
  • İstiot.

  Fırında pendirli gülkələminin  hazırlanma qaydası:

  • Gülkələmini kiçik hissələrə ayıraraq təmiz yuyun.
  • Gülkələminin kiçik hissələrə ayrılmış  hissələrini 5-6 dəqiqə ocaqda bişirin və sonra fırın qabına , yaxud da istiyə davamlı qaba yerləşdirin.
  • Ayrı bir qabda yumurta, süd, zeytunyağı, duz və ədviyyatları  eyni səviyyədə qarışana qədər çırpın.
  • Çırpdığınız yumurtalı qarışığı  gülkələmlərinin üzərinə tökərək bir qaşıq yardımı ilə bərabər səviyyədə yayın.
  • Fırını əvvəlcədən 170 dərəcə qızdırın.
  • Hazırladığınız qarışımı   fırına verin və 20 dəqiqəyə yaxın  fırında bişirin.
  • 20 dəqiqədən sonra  qarışımın üzərinə mozarella pendiri rəndələyərək əlavə edin.
  • Pendir əlavə etdiyiniz gülkələmini daha 15 dəqiqə fırında bişirin.
  • Hazır olan yeməyi isti  vəziyyətdə servis edin.

Nuş olsun!

 

So, what do you think ?