fbpx

Min Bir Dad

Fırında toyuq budu dolması

0

tavuk-budu-dolmasi 7Ərzaqlar:

  • 7ədəd  bütün bud,
  • 1,5 su stəkanı düyü,
  • Yarım çay stəkanı duru yağ,
  • 1 şorba qaşığı plovlıq fıstıq,
  • 2 şorba qaşığı quş üzümü ,
  • Bir az duz,
  • Bir az istiot,
  • Yarım dəstə cəfəri,
  • Sosu üçün:
  • 2 şorba qaşığı  duru yag,
  • 2 dis sarımsaq,
  • 1 şorba qaşığı qatıq,
  • 1 cay qaşığı pul bibər,
  • 1 cay qaşığı istiot,
  • 1 şirniyyat qaşığı kəklik otu,
  • Duz,

Hazırlanma qaydası:

  • Quş üzümünü  yuyun,
  • 20 dəqiqə isti suda saxlayın.
  • Düyünü yuyun.
  • Fıstıqla bərabər  yağda bir az qovurun.
  • Qaynar suyu əlavə edib  vam odda bişirin.
  • Plov suyunu çəkincə quş üzümlərini əlavə edin.
  • Möhkəm qarışdırın qazanın qapağını örtüb bir az gözləyin və kiçik- kiçik kəsilmiş cəfərini əlavə edin.
  •  Bu arada toyuq  budlarını hazırlayın.
  • Toyuq budlarını gözəlcə yuyun .
  • Üstündəki dəriyi  qaldırmayın.
  •  İti bir bıçaqla  budun kənarında içini acmağa başlayın.
  •  Bud hissəsinin yuxarısına doğru barmaqlarınızla  bütün iç hissəsini cib  kimi düzəldin.
  • Budların sosu ücün sarimsagi rəndələyin.
  • Qatıq ,pul bibər,istiot, kəklik otu  və  duzu  möhkəm qarisdirin.
  • Uc hissəsini açdığınız budların içinə plovu doldurun və açıq hissəsini kürdanla bağlayıb hazırlamış olduğunuz sosa bulayın və  kürdanlar altında qalacaq  şəkildə fırın torbasına yerləşdirib  torbanın  agzini azca aciq qalacak səkildə baglayin.
  • Budları fırın tabağına da hazırladığınız sosu hər tərəfinıə yaymaqla yığa bilərsiniz.
  • Üstünü alminium folqa ilə örtərək 200 dərəcə qızdırılmış fırında  qızarana qədər bişirin. İsti halda servis edin.

So, what do you think ?