sayfa içeriği

Min Bir Dad

Fransiz kurabiyəsi

Fransiz kurabiyəsi

fransız kurabiyəsi

fransız kurabiyəsi

Fransiz kurabiyəsi

Fransız kurabiyəsi üçün lazım olan  ərzaqlar:

  • 1,5 sustəkanı  un,
  • 140 gram tereyağı
  • ½ sustəkanı  şəkər  tozu,
  • 1 çaystəkanı  quru üzüm,
  • 1 sustəkanı  toz fındıq,
  • 1 ədəd  yumurta,
  • 1 şorba qaşığı darçın,
  • 1 paket vanilin,
  • Şəkər pudrası.

Fransız kurabiyəsinin hazırlanma qaydası:

  •  Əvvəlcə otaq temperaturunda  kərə yağını və şəkər tozunu  möhkəm  qarışdırın.
  •  Sonra yumurtalari təmiz-təmiz yuyun.
  • Yuduğunuz yumurtanı  da  əzdiyiniz kərə yağının üzərinə əlavə edib qarışdırmağa davam   edin.
  •  Kərə yağına qarışdıracağınız unu ələyin.
  • Ələnmiş unu kərə yağı qarışığına  əlavə edib yoğurun.
  • Sonra darçın və vanilini də qarışığa əlavə edib  yoğurun.
  • Ən son toz fındıq və  quru üzümü  də əlavə edərək   ələ yapışmayan bir xəmir əldə edin.
  • Kurabiyədən qoz büyüklüyündə parçalar ayırıb  əlinizdə yuvarlayın.
  • Yağlı kağız  sərdiyiniz fırın sinisinə kurabiyələri düzün.
  • Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında kurabiyələri bişirin.
  • Kurabiyələr bir az soyuduqdan  sonra üzərlərinə pudra şəkəri əlavə edin.
  • Soyuduqdan sonra servis edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *