Min Bir Dad

Fransız üsulu almalı keks (Qateau basque)

Fransız üsulu almalı keks (Qateau basque). Pirojna

Fransız üsulu almalı keks (Qateau basque).

Fransız üsulu almalı keks (Qateau basque)

Hazırlanma müddəti: 60 dəqiqə

Bişirilmə müddəti: 20 dəqiqə

Lazım olan ərzaqlar: 

  • 1 stəkan yarım stəkan un,
  • 100 qram marqarin (marqarin otaq temperaturunda olmalıdır),
  • 3/4 stəkan toz şəkər,
  • 1 ədəd yumurta,
  • 1 kiçikqaşıq vanil,
  • 4 ədəd böyük ölçüdə alma,

 İçlik üçün: 

  • 1/2 stəkan şəkər tozu,
  • 1 kiçik qaşıq darçın,

 Üzərinə sürtmək üçün:

  • Yumurta sarısı

Fransız üsulu almalı keks (Qateau basque) bişirilmə qaydası

Marqarin və şəkər mikserdə çırpılır və krema qatılığına gətirilir.

Əvvəlcə yumurta, sonra isə qalan bütün xammallar buraya əlavə edilir.

Xəmir hazırlanır.

Yumşaq qatılıqdakı xəmir soyuducu torbasına sarılır və soyuducuda ən az bir saat gözlədilir.

Fırını 180 dərəcəyə isidin.

Fransız üsulu almalı keks (qateau basque) içliyi hazırlamağa sıra geldi.

İçliyi hazırlamaq üçün əvvəlcə almalar yuyulur, qabıqları soyulur.

Doğranır, içərisindəki çiyid və bərk hissəciklərdən təmizlənir.

Ocağa qoyulur.

İçərisinə darçın və şəkər tozu əlavə edilir.

Şumşalana qədər bişirilir.

Bundan sonra soyuması gözlənilir.

Mətbəx masasının üzərinə un səpilir.

Xəmir unlu masanın üzərində açılır.

Qəlibə uyğun ölçüdə qəlibin dibinə açılmış xəmir qoyulur. üzərinə içlik materialı qoyulur.

Xəmirdən qapaqcıq hazırlanır və içliyin üzəri örtülür.

Bundan sonra qapaqcığın üzərinə yumurta sarısı sürülür.

Bundan sonra isti duxovkada təqribən 20 dəqiqə bişirilir.

İlıq halda servis edilə bilər.

Nuş olsun!

 

So, what do you think ?