sayfa içeriği

Min Bir Dad

Fransız üsulu tost

Fransız Üsulu Tost

Fransız üsulu tost

Fransız üsulu tost

Tost, xüsusi ilə uşaqlar tərəfindən çox sevilən qida növüdür.

Bu yazımızda reseptini verdiyimiz Fransız üsulu tost, həm ləzzətli olur, həm də hazırlanması çox asantdır.

Lazım olan ərzaqlar:

  • 6 dilim tost çörəyi,
  • Dilimlənmiş sucuq,
  • Dilimlənmiş Holland pendiri,
  • 2 yemək qaşığı kərə yağı,
  • 1 yemək qaşığı zeytun yağı,
  • 2 ədəd yumurta,
  • 1 kiçik stəkan süd,
  • 1 çimdik duz,
  • 1 kiçik qaşıq pul bibər,
  • 1 çimdik əzilmiş istiot,

Fransız üsulu tost hazırlanma qaydası:

Klassik tostdan fərqli olaraq, çox doyurucu olan və börək kimi olan bu Fransız üsulu tost, çox ləzzətli olur.

Tost hazırlanarkən süd olmadığı təqdirdə, 3 qaşıq qatığı su ilə açıb (ayran hazırlayıb), süd qadılığına gətirib, yumurta və ədviyyat vurub istifadə etmək mümkündür.

fransız üsulu tost-1

İndi isə tost hazırlamağa başlayaq:

1.  Tost çörəklərinin kənarlarını kəsin.

2. Süd, yumurta, istiot, bibər və duzu bir qabda yaxşıca qadışdırın.

3. Sucuq və holland pendirini dilimləyin.

Tost çörəyinin üzərinə bu sucuq və holland pendiri dilimlərini düzün.

Digər tost çörəyini bunların üzərinə qoyun və ortadan kəsin.

4. Kəsdiyiniz tost çörəyini hazırladığınız yumurtalı qarışığa bulaşın.

5. Geniş bir tavada kərə yağını isidin.

Yağ əridikdən sonra yumurtalı tost çörəyi dilimlərini tavaya qoyun.

Tava nə qədər geniş olarsa, bir dəfədə bir o qədər çox tost bişirmək mümkün olar.

6. Tavadakı tost çörəyi dilimlərini arxalı – önlü olaraq qızardın.

7. Qızarıb bişən Fransız üsulu tost isti olaraq servis edilir.

Nuş olsun!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *